Əsas səhifə » Sudanda Çevik Dəstək Qüvvələri hava limanının ətrafına PUA hücumu ediblər

Sudanda Çevik Dəstək Qüvvələri hava limanının ətrafına PUA hücumu ediblər

BAKI, AzerVoice

Sudanda Çevik Dəstək Qüvvələri (RSF) Port-Sudan hava limanı ətrafında yerləşən hərbi hava bazasına və digər obyektlərə ilk pilotsuz uçuş aparatı (PUA) hücumunu həyata keçirib.

AzerVoice xəbər verir ki, bu barədə məlumat Sudan ordusunun sözçüsünün verdiyi açıqlamada yer alıb.

“Bu səhər Çevik Dəstək Qüvvələri Port-Sudan şəhərindəki Osman Dəqnə hava bazasını, yük anbarını və bir neçə mülki obyekti pilotsuz uçuş aparatları ilə hədəf alıb” - deyə, açıqlamada bildirilib.

Digər tərəfdən, Sudan Xarici İşlər Nazirliyi dünən Qərbi Kordofan əyalətində yerləşən ən-Nuhud şəhərində Çevik Dəstək Qüvvələrinin hücumları nəticəsində ən azı 300 nəfərin öldüyünü açıqlayıb. Nazirliyin bildirdiyinə görə, Cencovid terror milisləri ölkənin müxtəlif bölgələrində cinayətlər, qətliamlar və etnik təmizləmələr törətməyə davam edirlər. Son iki gündə ən-Nuhud şəhərində baş verən yeni qətliamda insanlar etnik mənsubiyyətlərinə görə qətlə yetirilib.

Sudan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu qüvvələrə və onları dəstəkləyənlərə qarşı tədbirlərin görülməsinə çağırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice