BAKI, AzerVoice
Böyük Britaniyada terrorizmlə bağlı iki ayrı cinayət işi çərçivəsində aparılan istintaq nəticəsində səkkiz nəfər saxlanılıb, onlardan yeddisi İran vətəndaşıdır.
AzerVoice xəbər verir ki, bu barədə London Polisi (Scotland Yard) məlumat yayıb.
Birinci iş üzrə, Scotland Yard-ın terrorla mübarizə bölməsi tərəfindən beş nəfər saxlanılıb. Onlardan dördü İran vətəndaşıdır. Onlar müəyyən bir obyektə hücum hazırlığında əlbir olmaqda şübhəli bilinir. Hücum hədəfi istintaqın məxfiliyinə görə açıqlanmır, lakin təhlükə altındakı obyektlə bağlı şəxslər məlumatlandırılıb. Bu işlə əlaqədar London, Mançester, Svindon şəhərlərində bir neçə ünvanda axtarış aparılıb. Saxlanılan şəxslər 29-46 yaş arasındadır. Saxlanılan beşinci şəxsin milliyyəti dəqiqləşdirilir.
İkinci iş üzrə, dünən Londonda üç İran vətəndaşı saxlanılıb. Onlar 39-55 yaş arasındadır. Bu şəxslər də hal-hazırda nəzarət altındadırlar.