Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İsrail Qəzza əməliyyatlarını genişləndirir: On minlərlə ehtiyat əsgər səfərbər edildi

    4 May 2025 12:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail ordusu Qəzza zolağında hücumları genişləndirmək məqsədilə bu gün on minlərlə ehtiyat əsgərin səfərbər edilməsi barədə əmr verib. İsrail mediasının məlumatına görə, ehtiyat qüvvələr həm Livanla sərhəddə, həm də işğal altındakı İordan çayının qərb sahilində yerləşdiriləcək. Bu qüvvələr daimi ordunun yerini tutaraq Qəzzaya qarşı yeni əməliyyatlarda iştirak edəcəklər.

    Bu qərar, Baş nazir Benyamin Netanyahunun 7–11 may tarixlərində planlaşdırılan Azərbaycan səfərini təxirə salmasından dərhal sonra elan edilib. Netanyahunun ofisi səfərin təxirə salınmasını Qəzza və Suriyadakı son hadisələr, eləcə də "intensiv diplomatik və təhlükəsizlik gündəliyi" ilə əlaqələndirib. Səfərin yeni tarixi açıqlanmayıb. Səfər çərçivəsində Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilirdi.

    Ötən gün İsrailin Təhlükəsizlik Kabineti Qəzzada genişmiqyaslı hərbi əməliyyatların aparılması ilə bağlı planları təsdiqləyib. Bu qərar, mart ayında İsrailin HƏMAS-la olan atəşkəsi pozmasından sonra verilmişdi. Qeyd edək ki, HƏMAS müharibənin tamamilə dayandırılmadığı təqdirdə, Qəzzada saxlanılan girovları azad etməyəcəyini bildirib.

    İsrail ordusu son günlərdə Qəzzada bombardmanları intensivləşdirib, geniş bufer zonaları yaradaraq 2,3 milyonluq əhalinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Eyni zamanda, bölgəyə humanitar yardımın çatdırılması da dayandırılıb.

    İsrail rəhbərliyi müharibənin əsas məqsədinin HƏMAS-ı tamamilə məğlub etmək və hazırda Qəzzada saxlanılan 59 girovun azad olunmasını təmin etmək olduğunu açıqlayıb. 2023-cü ilin noyabrından bu yana danışıqlar və hərbi əməliyyatlar nəticəsində 192 girov azad edilib.

    Qəzzadakı səhiyyə mənbələrinin məlumatına görə, İsrailin hərbi əməliyyatları nəticəsində indiyədək 50 mindən çox fələstinli, əksəriyyəti mülki şəxslər olmaqla, həlak olub.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #İsrail ordusu #Binyamin Netanyahu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #İsrailin hərbi əməliyyatları #Qəzza münaqişəsi 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.