Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp “Google” şirkətini məhkəməyə verəcək

    29 Sentyabr 2024 04:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    ABŞ-nin sabiq Prezidenti və Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp “Google” şirkətini məhkəməyə verəcəyini bildirib.

    AzerVoice xarici mediaya istinadən xəbər verir ki, Tramp bu şirkətin məlumat bazasında onun haqqında mənfi xarakterli məlumatlar yayıldığı, bunun əksinə, rəqibi – Demokratlar partiyasından namizəd Kamala Harris barədə müsbət materiallar yerləşdirildiyi iddiasını irəli sürüb.

    Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyi təqdirdə “Google” şirkətini mühakimə edəcəyi ilə hədələyib və texnologiya nəhəngini vitse-prezident Kamala Harrisin xeyrinə axtarış nəticələrini manipulyasiya etməkdə günahlandırıb. O, “Truth Social” şəbəkəsindəki paylaşımında şirkətin onun haqqında mənfi yazılara üstünlük verən qeyri-qanuni bir sistem qurduğunu iddia edib.

    Konkret bir fakta istinad etməyən Tramp xəbərdarlıq edib ki, seçiləcəyi təqdirdə ABŞ Ədliyyə Departamentini seçkilərə “açıq-aşkar müdaxilə” edən “Google” şirkətini mühakimə etməyə çağıracaq.

    ABŞ-ın sabiq Prezidentinin iddiasına görə, özünün seçki kampaniyası ilə bağlı veb-sayta keçid etməzdən əvvəl “Google”da “New York Times” və “Politico” kimi sol təmayüllü nəşrlərdə dərc olunmuş mənfi yazılar üzə çıxır.

    “Google” Trampın ittihamlarını rədd edib. Anonim qalmaq istəyən şirkətin nümayəndəsi axtarış nəticələrinin internetdə mövcud olan və daim dəyişən məzmunu əks etdirdiyini, hər hansı bir namizədə üstünlük vermək üçün manipulyasiya edilmədiyini bildirib. O əlavə edib ki, Media Tədqiqat Mərkəzi müəyyən bir gündə konkret axtarış terminini yoxlayaraq qeyd edib ki, həm Tramp, həm də Harrisin kampaniya saytları ən yüksək səviyyədə təqdim olunub.

    #Donald Tramp #Google
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla görüş çox yaxşı keçdi, gələn həftə yenidən görüşəcəyik - Tramp

    7 Fevral 2026 09:20

    İrandakı iğtişaşlar səngimir: ABŞ hökuməti vətəndaşlarını Ermənistana və Türkiyəyə yönləndirir

    6 Fevral 2026 09:47

    Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir - Tramp

    5 Fevral 2026 22:05

    Tramp, Vens və Rubio arasında seçimdən yayınır

    5 Fevral 2026 11:52

    Tramp İranın nüvə proqramını yenidən başlatmağa çalışdığını iddia etdi

    5 Fevral 2026 09:22

    Tramp və Vens arasında Epşteyn işi ilə bağlı fikir ayrılığı yaranıb

    4 Fevral 2026 11:25

    Tramp "razılaşmaya yaxınıq" dedi, Kuba isə ehtiyatlı danışdı

    3 Fevral 2026 11:40

    Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verib

    3 Fevral 2026 10:30

    Epşteyn Mossad üçün casus kimi hazırlanıb?

    3 Fevral 2026 09:42

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    2 Fevral 2026 16:53

    Tramp Ağ Evdə keçiriləcək UFC turnirinin bəzi təfərrüatlarını bölüşüb

    31 Yanvar 2026 15:21

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52
    Demo
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı İslamabaddakı məscid partlayışını kəskin pisləyib

    Beynəlxalq yayımçı Ronaldoya görə Səudiyyə Pro Liqası ilə əməkdaşlığı dayandırdı

    İstanbul mərkəzli 22 vilayətdə MLKP əməliyyatı: Həbs olunanların sayı 77-yə yüksəldi

    İranla görüş çox yaxşı keçdi, gələn həftə yenidən görüşəcəyik - Tramp

    Yanvar ayında Türkiyədə 53 mindən çox qəza baş verib (ÖZƏL)

    İmam Cəfər-i Sadiqdən günəş yozumu: Səkkiz fərqli məna və sirli təfsir

    Rusiyanın Alyaska peşmanlığı: tarixi satışdan Arktik rəqabətinə uzanan yol

    Bu gün ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı tarixdə ilk sərbəst kosmik gəzintini həyata keçirdi

    7 Fevral: Azərbaycanda Zəfər Seçkiləri, Avropa İttifaqının Doğuşu və Kosmosda İlk Sərbəst Yürüş - Tam Xronika

    Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.