BAKI, AzerVoice, Nailə Babazadə
İstanbul mərkəzli 22 vilayətdə MLKP silahlı terror təşkilatına qarşı keçirilən əməliyyatda həbs olunanların sayı 77-yə yüksəlib.
AzerVoice xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi əməkdaşları tərəfindən MLKP silahlı terror təşkilatının fəaliyyətlərinin ifşa edilərək qarşısının alınmasına yönəlmiş işlər çərçivəsində saxlanılan 46 şübhəlinin polis bölməsindəki prosedurları tamamlanıb.
Şübhəlilər sağlamlıq yoxlanışından sonra Çağlayandakı İstanbul Ədliyyəsinə gətirilib.
Prokurorluqda ifadə verən şübhəlilərin hamısı həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə sülh cəza hakimliyinə sövq edilib.
Hakimlik 30 şübhəlinin həbs olunmasına, 16 şübhəli barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiq edilməsinə qərar verib.
Beləliklə, istintaq çərçivəsində həbs olunan şübhəlilərin sayı 77-yə yüksəlib.
Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından etdiyi açıqlamada, İstanbul mərkəzli 22 vilayətdə MLKP silahlı terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 96 şübhəlinin yaxalandığını bildirmişdi.
Davam edən işlər nəticəsində daha 6 şübhəli yaxalanmış, saxlanılanların sayı 102-yə yüksəlmişdi.
Daha əvvəl ədliyyəyə sövq edilən 56 şübhəlidən 47-si həbs olunmuş, 9-u haqqında isə məhkəmə nəzarəti tədbiri tətbiq edilmişdi.