Əsas səhifə » Netanyahunun ABŞ Konqresindəki çıxışından 5 əsas başlıq

Netanyahunun ABŞ Konqresindəki çıxışından 5 əsas başlıq

Bakı, AzerVoice

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzzada apardığı müharibəyə davamlı dəstək toplamağa çalışdığı bir dövrdə dünən ABŞ Konqresində dördüncü çıxışını etdi.

O çıxışı üçün Vaşinqtonda, Kapitoliya təpəsinə gəldiyi zaman insanlar ona qarşı etiraz aksiyaları keçirirdi. Etirazçılar Konqresin salonlarında da öz aksiyalarına davam etdirdilər.

ABŞ Nümayəndələr Palatasının yeganə Fələstin əsilli amerikalı deputatı Rəşidə Tlaib, müharibənin dağıdıcı itkiləri ilə bağlı bir tərəfində "soyqırımda günahkar", digər tərəfində isə "müharibə cinayətkarı" yazılan balaca pankart qaldıraraq zalada öz etirazını bildirdi.

Lakin Netanyahu buna hazırlıqlı idi. O, ABŞ Konqresinin qarşısındakı podiumundan istifadə edərək, düşmənlərini antisemitizm və yanlış yola yönəlməkdə ittiham edərək tənqid etdi. O, xüsusi olaraq kampusdakı etirazçılara və Beynəlxalq Cinayət Məhkəməsində yer alan prokurorlara çağırış etdi.

Onun çərşənbə günü konqresdə baş tutan nitqindən beş əsas başlığı təqdim edirik.

Netanyahu ABŞ müttəfiqlərini təriflədi

Netanyahu son çıxışı ilə İkinci Dünya Müharibəsinin simvolu olan İngiltərənin baş naziri Uinston Çörçili geridə qoyaraq ABŞ Konqresində ən çox çıxış edən dünya lideri oldu.

Netanyahu salona ayaq üstə alqışlarla daxil olsa da, alqışlar arasında bəzi deputatların onu fitə basdığı eşidilib. O, bəzi millət vəkillərinin əlini sıxmaq üçün dayandı, digərlərinə isə qısaca başını yellədi.

O, kürsüyə çıxarkən, koridorun hər iki tərəfindəki Amerika xalqına və siyasətçilərinə təriflər yağdırdı.

"İsrail hər zaman sizin sadiq dostunuz və möhkəm tərəfdaşınız olacaq. İsrail xalqı adından bu gün Amerikaya təşəkkür etmək üçün gəldim",- deyə Netanyahu bildirdi.

O, çıxışının tarixi şəraitini də etiraf edərək, "demokratiyanın bu böyük qalası"na dördüncü dəfə müraciət etməyin "böyük şərəf" olduğunu dedi.

Lakin baş nazir Demokratların Qəzzada davam edən müharibəni dəstəkləmək mövzusunda fikir ayrılığı yaşadığını, getdikcə daha çox parçalanan bir Konqreslə üz-üzə idi.

Bəziləri, məsələn, Nyu-Yorkdan olan Alexandria Ocasio-Cortez və Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, bu nitqdə iştirak etməkdən imtina etmişdi. Digərləri isə daha erkən getmişdi.

Seçki ilinin siyasətinə qədəm qoyur

Netanyahu seçki ərəfəsi ilə bağlı Beyden və Trampın hər ikisini andı və onlara təşəkkür etdi.

"Qürurlu bir sionist olduğu üçün prezident Baydenə təşəkkür edirəm. Amerikaya təşəkkür edirəm, Nümayəndələr Palatasının və Senatın üzvlərinə təşəkkür edirəm."- deyən Netanyahu sözlərinə davam edərək bu dəfə də Trampı andı.

"Mən də prezident Trampa İsrail üçün etdiyi hər şeyə görə təşəkkür etmək istəyirəm. Qolan təpələrinin tanınmasından tutmuş İrana qarşı mübarizəyə, səfirliyin Yerusəlimə\Qüdsə köçürülməsinə qədər."- deyə o əlavə etdi.

Qeyd edək ki, bu addımlar həm ABŞ-da, həm də xaricdə mübahisəli olaraq qalır və Birləşmiş Millətlər Təşkilatı İsrailin işğal olunmuş Qolan Təpələrindəki fəaliyyətini pisləyir

Netanyahu etirazçıları hədəf aldı

Netanyahu çıxış edərkən Konqres binası qarşısında toplaşan minlərlə etirazçı Qəzzada “soyqırımı” pisləyib.

ABŞ Kapitoli polisi bəzi etirazçıların "zorakılıq" göstərməsindən sonra zabitlərin bibər qazından istifadə etməyə məcbur qaldığı bildirib. Nümayişçilərin yanıqları aradan qaldırmaq üçün gözlərinə su tökdüyü görülüb.

Netanyahu çıxışından bir neçə addım əvvəl baş verən etirazlara məhəl qoymamaq əvəzinə birbaşa onları hədəfə alıb və nümayişlərin yanlış yönə istiqamətləndirildiyini bildirib. O, həmçinin ABŞ kampuslarında müharibə əleyhinə etirazları sərt şəkildə tənqid edib.

“Bir çox anti-İsrail etirazçıları İsrailə qarşı durmağı seçirlər. Onlar şərə yanaşırlar. Həmasla birlikdədirlər. Bu etirazçılar onların yanındadır. Onlar özlərindən utanmalıdırlar”.

O, həmçinin anti-müharibə etirazçılarını İsrailin onilliklərdir vəkil müharibəsində olduğu İranın sözlərini təkrarlamaqda günahlandırıb.

Netanyahu, “Əgər siz geyləri asan və saçlarını örtmədiyinə görə qadınları öldürən Tehran tiranları tərəfindən təriflənir, həvəsləndirilir və maliyyələşirsinizsə, rəsmi olaraq İranın faydalı axmaqlarına çevrilmisiniz”,- deyə insanları təhqir belə edib.

"Bütün Yaxın Şərq İran tərəfindən maliyyələşdirilən terror oxu ilə üz-üzədir. İranın terror oxu ABŞ, İsrail və ərəb dostlarımızla qarşı-qarşıyadır. ...Mən sizi əmin etmək üçün buraya gəldim ki, biz qalib gələcəyik. Təzyiqlərə məruz qalsam da, HƏMAS-ın qalib gəlməsinə heç vaxt imkan verməyəcəyəm. Amerikalıların böyük əksəriyyəti HƏMAS-ın təbliğatına uymur. Onlar İsraili dəstəkləyirlər."- Netanyahu deyib.

Beynəlxalq Cinayət Məhkəməsinə etiraz

Lakin etirazlar Netanyahunun üzləşdiyi yeganə maneə deyildi.

May ayında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xan Netanyahu və müttəfiqlərini Qəzzada törətdikləri əməllərə görə "müharibə cinayətləri və insanlığa qarşı cinayətlər"də ittiham edərək, onlara qarşı həbs qərarı çıxarmağa çağrış etmişdi.

Netanyahu ABŞ Konqresindəki platformasından öz sözləri ilə "yalan ittihamlar" adlandırdığı şeyə "güclə qarşı çıxmaq" üçün istifadə etdi.

O həmçinin müharibənin İsrailin təhlükəsizliyi üçün zəruri olduğunu müdafiə edib. O, həmçinin xəbərdarlıq edib ki, Xanın qərarı əsasında həbslərə icazə verilərsə, məhkəmə ABŞ-ı da hədəfə ala bilər.

Netanyahu, "İsrailin əli bağlı olarsa, növbə Amerikadadır. Gəlin sizə bundan sonra nə olacağını deyim: Bütün demokratik ölkələrin terrorla mübarizə qabiliyyəti təhlükə altında girəcək".

“Yəhudi dövlətinin əlləri heç vaxt qandallanmayacaq. İsrail həmişə özünü müdafiə edəcək”,- deyə o əlavə edib.

Onu da qeyd edək ki, Birləşmiş Ştatlar hazırda BCM-nin yurisdiksiyasını tanımır. Yaxın aylarda hakimlər kollegiyasının həbs qərarı ilə bağlı müraciətə baxacağı gözlənilir.


Netanyahu müharibədən sonrakı planını açıqlayıb

Qəzzada 39.000-dən çox fələstinlinin öldürülməsi ilə doqquzuncu ayını başa vuran müharibə fonunda Netanyahuya qarşıdurmaya son qoyması üçün təzyiqlər artır.

Atəşkəslə bağlı danışıqlar aylardır davam edir. Qəzzadakı israilli əsirlərin ailələri ABŞ-ın NPR xəbər agentliyinə bildiriblər ki, Netanyahunun öz çıxışında "razılaşmanın olduğunu" elan edəcəyinə ümid edirdilər

Lakin Netanyahu bu cür gözləntiləri puça çıxardı. Bunun əvəzinə o, qeyri-insani və anti-Fələstin mövqeyi ilə ifrat sağçı ritorikasını təkrarladı.

"Bu, sivilizasiyaların toqquşması deyil, sivilizasiya ilə barbarlıq toqquşmasıdır. 7 oktyabr tarixi bir gündür. 7 oktyabr hücumu 11 sentyabra bənzəyir, iyirmi dəfə daha dəhşətlidir. Qəzzada müharibə barbarlıq və sivilizasiya arasında gedən müharibədir. 7 oktyabr hücumu bir daha təkrarlanmayacaq. İran həyasızcasına prezident Trampı öldürməklə hədələyib. İran üçün İsrail birinci, Amerika növbətidir. Deməli, İsrail HƏMAS ilə döyüşəndə ​​biz İranla vuruşuruq. Hizbullahla döyüşəndə ​​İranla döyüşürük. Husilərlə döyüşəndə ​​İranla döyüşürük. Biz İranla mübarizə apararkən radikal terrorizmlə mübarizə aparırıq", o dedi.

Sözlərinə davam edən Netanyahu, "4000 ilə yaxındır ki, İsrail torpağı yəhudi xalqının vətəni olub. O, həmişə bizim evimiz olub, həmişə də evimiz olacaq! Holokostdan 80 il sonra Harvard, Penn və MİT prezidentləri yəhudilərin soyqırımı çağırışlarını pisləməyə cəsarət edə bilmədilər. "Bu, kontekstdən asılıdır" dedilər. Antisemitizm ən qədim nifrətdir. Biz birmənalı şəkildə antisemitizmlə mübarizə aparmalı və onu qınamalıyıq.",- deyə əlavə etdi.

“Fələstinlilərin yeni nəslinə artıq yəhudilərə nifrət etməyi deyil, bizimlə sülh içində yaşamağı öyrətmək lazımdır”, o bildirib

Bu məqsədə çatmaq üçün Netanyahu qarşısında oturan ABŞ konqresinə satış haqqında danışdı. O, xüsusilə mütərəqqi şəxslərin Qəzzada insan hüquqlarının pozulmasında istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlarına baxmayaraq, hərbi yardımın artırılmasına və daha sürətli çatdırılmasına çağırıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar artıq hər il İsrailə 3,8 milyard dollar hərbi yardım göndərir və aprel ayında prezident Bayden 17 milyard dollara qədər əlavə dəstək verilməsi ilə bağlı yardım paketini imzaladı.

Netanyahu ABŞ Konqresindəki çıxışında "ABŞ-ın hərbi yardımının sürətləndirilməsi Qəzzada müharibənin sonunu əhəmiyyətli dərəcədə sürətləndirə və Yaxın Şərqdə daha geniş müharibənin qarşısını almağa kömək edə bilər" dedi.

"Bizə alətləri daha tez verin və biz də işimizi daha tez bitirək."

Baş nazir bu müharibəni sadəcə İsrail ilə əlaqləndirməyib. O müharibənin çərçivəsinin daha böyük olduğunu deyərək, "Biz təkcə bizi deyil, həm də sizi də qoruyuruq! Düşmənlərimiz sizin düşmənlərinizdir. Bizim mübarizəmiz sizin döyüşünüzdür. Bizim qələbəmiz sizin qələbənizdir Cəbhələrimizdə özümüzü müdafiə etdikcə, Amerikanın arxamız ​​olduğunu bilirəm və bunun üçün sizə təşəkkür edirəm.", -deyə əlavə edib.

Netanyahu HƏMAS-ın tərksilah edilərək təslim olması və bütün girovlardan azad ediilməsi şərti ilə Qəzzada müharibənin sabah da bitə biləcəyini deyib. Və Qəzzada fələstinlilər tərəfindən idarə olunan mülki idarə formasının yaradılmasını tələb edib.

"İsrailin baş naziri olaraq sizə söz verirəm: nə qədər uzun çəksə də, qarşıda yol nə qədər çətin olsa da, İsrail diz çökməyəcək, xalqımızı müdafiə edəcəyik, qələbəyə qədər mübarizə aparacağıq."- deyə sözlərinə davam edən Netanyahu mövqeyin dəyişməycəyini bildirib.

O sonda,"Tanrı Amerikanı qorusun, tanrı İsraili qorusun və tanrı İsraillə Amerika arasındakı böyük ittifaqı əbədi olaraq qorusun."- deyə hər iki dövlət üçün dua edib.

Digər Kateqoriyalar

2025 © Azervoice