Əsas səhifə » Tramp, ABŞ-ın Ukraynaya hərbi yardımını dondurub

Tramp, ABŞ-ın Ukraynaya hərbi yardımını dondurub

BAKI,AzerVoice

ABŞ prezidenti Donald Tramp Ukraynaya edilən hərbi yardımın dondurulması ilə bağlı təlimat verib.

AzerVoice xəbər verir ki, Ağ Ev rəsmisi dünən axşam verdiyi açıqlamada Tramp administrasiyasının Ukraynaya yardımları "gözden keçirmək və çözümə çatmaq üçün" müvəqqəti olaraq dayandırdığını bildirib.

"Çözümə çatmaqda kömək olacağından əmin olmaq üçün yardımımızı dondurur və gözdən keçiririk." – deyə Ağ Ev rəsmisi bildirib.

Bununla yanaşı, ABŞ-ın Moskva ilə Kiyev arasında barışıq müqaviləsinin imzalanmasına razılıq vermək niyyətində olmadığını və ortaq tərəfdaşların da bu hədəfə bağlı qalmaları lazım olduğunu vurğulayıb.

Bloomberg və Fox News-un məlumatına görə, Tramp Ukrayna liderlərinin sülh prosesinə bağlı olduğunu təsdiqlədikdən sonra bu qərarı verib.

Fox News-un verdiyi məlumata görə, Tramp administrasiyasından bir səlahiyyətli bildirib ki, "Bu, yardımın tamamilə kəsilməsi deyil, sadəcə müvəqqəti dayandırılmasıdır."

Bloomberg isə Pentaqondakı yüksək səviyyəli mənbələrə istinadən Ukraynaya göndərilmək üçün yola çıxan və Polşada yerləşən silah tədarükünün də bu dondurulmaya daxil olduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice