Bakı,AzerVoice
Trampın planı əxlaqa ziddir və beynəlxalq hüquqa qarşıdır.
AzerVoice xəbər verir ki, bu barədə Sançes, İspaniyaya rəsmi səfər edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.
Sançes ABŞ Prezidenti Trampın Qəzza planına bir daha açıq şəkildə etiraz edib.
"Qəzza fələstinlilərə məxsusdur və gələcək Fələstin Dövlətinin bir hissəsidir",- deyə o bildirib.
Sançes, fələstinlilərin yerlərindən çıxarılmasına yönəlmiş hər hansı bir təşəbbüsün regional və qlobal səviyyədə qeyri-sabitləşdirici təsir yaradacağını vurğulayıb.
İspaniya Baş naziri Qəzzada ərəb ölkələrinin liderliyinin əsas olmalı olduğunu qeyd edib.
Misir Prezidenti Sisi də qəzzəlilərin zorla yerlərindən çıxarılmasına qarşı olduqlarını bildirib.