Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    İsrail-İran gərginliyi yalnız diplomatik yolla həll oluna bilər - Misir Prezidenti

    22 İyun 2025 02:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran və İsrail arasında davam edən qarşıdurma yalnız sülh yolu ilə həll edilə bilər.

    AzerVoice xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı deyib.

    Əs-Sisi vurğulayıb ki, Misir dərhal atəşkəsin elan edilməsini və münaqişənin danışıqlar yolu ilə həllini zəruri hesab edir.

    “Bu böhranın hərbi həlli yoxdur, mütləq şəkildə danışıqlar bərpa başlanılmalıdır” – deyə, o qeyd edib.

    Misir Prezidenti, həmçinin, İsrailin eskalasiyasını qətiyyətlə pisləyib və bu gərginliyi regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi bir təhdid adlandırıb.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    #İsrail #İran #Misir #Əbdülfəttah əs-Sisi #İsrail-İran münaqişəsi #danışıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    İran Oman dənizində 6 milyon litr yanacaq daşıyan tankeri ələ keçirib

    13 Dekabr 2025 14:15

    Qazaxıstan və Türkmənistana etdiyim son səfərlər müsbət və konstruktiv nəticələr verdi - Pezeşkian

    13 Dekabr 2025 11:59

    Türkiyədən İrana dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    13 Dekabr 2025 11:17

    Türkiyədən Misirə sement ixracı azalıb (ÖZƏL)

    12 Dekabr 2025 16:09

    Qazaxıstan və İran hökumətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

    11 Dekabr 2025 16:31

    Hava çirkliliyi İranda hər il 50 min insanın ölümünə səbəb olur

    11 Dekabr 2025 14:16

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    11 Dekabr 2025 12:39

    Pezeşkian və Putin Beynəlxalq Sülh Forumunda danışıqlar aparacaq

    11 Dekabr 2025 12:21

    Livan XİN rəhbəri Tehran dəvətini geri çevirdi

    11 Dekabr 2025 11:49

    Türkiyədən Misirə dəri ixracı 12 milyon dolları keçib (ÖZƏL)

    11 Dekabr 2025 09:13

    İranda silahlı hücum nəticəsində 3 mühafizəçi həlak olub

    10 Dekabr 2025 17:52
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.