BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 78,1 faiz artaraq, 12 milyon 630 min 60 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Misirə dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 82,7 faiz artaraq,1 milyon 433 min 59 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 100 milyon 445 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 1 milyard 454 milyon 983 min dollar məbləğində dəri məhsulları ixrac edib.
