BAKI,AzerVoice, Nailə Babazadə
İranın Sistan-Belucistan vilayətində kimliyi məlum olmayan şəxslərin mühafizəçilərə atəş açması nəticəsində 3 nəfər həyatını itirib.
AzerVoice xəbər verir ki, hadisə Zahedan şəhərinin Lar bölgəsində, İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qərargahı üzvləri xidmət zamanı baş verib.
Hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başlayıb. Hələlik hücum edənlərin kimliyi və sayı açıqlanmayıb.
İran rəsmiləri hadisədən sonra bölgədə təhlükəsizlik tədbirlərini gücləndiriblər və istintaq davam edir.
