Əsas səhifə » İsrail İranın dörd fərqli bölgəsində hərbi obyektlərə zərbələr endirib

İsrail İranın dörd fərqli bölgəsində hərbi obyektlərə zərbələr endirib

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələri eyni anda İranın dörd fərqli bölgəsində yerləşən raket qurğularına, pilotsuz uçuş aparatlarına (PUA) və digər hərbi obyektlərə hava zərbələri endirib.

AzerVoice xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar İsfahan, Buşehr, Əhvaz və ilk dəfə olaraq Yəzd vilayətində həyata keçirilib.

Bildirilib ki, əməliyyatda ümumilikdə 30 döyüş təyyarəsi iştirak edib və İran ərazisində onlarla hərbi hədəfə 60-dan çox sursat atılıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice