Əsas səhifə » Tehranda terror aktının qarşısı alınıb – 4 nəfər saxlanılıb, biri intihar edib

Tehranda terror aktının qarşısı alınıb – 4 nəfər saxlanılıb, biri intihar edib

BAKI, AzerVoice

İranın paytaxtı Tehranda terror aktı hazırlamaq istəyən şəxslərə qarşı keçirilən əməliyyat zamanı 4 nəfər saxlanılıb, daha bir nəfər isə intihar edib.

AzerVoice xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir yerli mediaya açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxslər təkcə Tehranda deyil, ölkənin digər vilayətində də terror aktı törətmək niyyətində olublar.

Cahangir bildirib ki, təhlükəsizlik qüvvələri tərəfindən aşkarlanan mənzildə aparılan əməliyyat nəticəsində şübhəli şəxslər zərərsizləşdirilib. Əməliyyat zamanı onlardan çox sayda sənəd və mühüm məlumatlar əldə olunub.

İran rəsmiləri hadisənin təfərrüatları barədə əlavə məlumat verməsələr də, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice