Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ İran rəhbərliyinin ölkədən kütləvi maliyyə vəsaitləri çıxardığını iddia edib

    15 Yanvar 2026 18:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İranda bütün əyalətləri əhatə edən genişmiqyaslı etirazlar fonunda ölkə rəhbərliyinin gizli şəkildə böyük həcmdə maliyyə vəsaitlərini respublikadan çıxardığı bildirilir. ABŞ tərəfi bu prosesin artıq sistemli xarakter aldığını və beynəlxalq maliyyə kanalları vasitəsilə həyata keçirildiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Newsmax televiziya kanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda milyonlarla, hətta on milyonlarla dollar İran rəhbərliyi tərəfindən qeyri-qanuni yollarla ölkədən çıxarılaraq dünyanın müxtəlif bölgələrində banklara və maliyyə qurumlarına yönləndirilir.

    ABŞ maliyyə naziri bildirib ki, Vaşinqton bu əməliyyatları həm ənənəvi bank sistemi, həm də rəqəmsal maliyyə mexanizmləri vasitəsilə izləyir. O vurğulayıb ki, sözügedən aktivlər nəzarətdə saxlanılacaq və onların təhlükəsiz şəkildə gizlədilməsinə imkan verilməyəcək.

    Bessentin sözlərinə görə, ABŞ administrasiyası İran hakimiyyətinə qarşı təzyiqləri əsasən neft ixracına tətbiq edilən məhdudiyyətlər vasitəsilə artırır. Bu siyasət İran rəhbərliyinin maliyyə mənbələrinin kəsilməsinə yönəlib. Nazir qeyd edib ki, son bir ay ərzində ölkədə ciddi maliyyə böhranı müşahidə olunur, banklar müflis olur, inflyasiya sürətlə artır və sərt valyuta çatışmazlığı yaranıb.

    Xatırladaq ki, İranda kütləvi etirazlar 28 dekabr 2025-ci il tarixində başlayıb və 1979-cu il inqilabından sonra ən genişmiqyaslı aksiyalar kimi qiymətləndirilir. Etirazlara səbəb kəskin qiymət artımı, yüksək inflyasiya və milli valyutanın dəyərdən düşməsi olub. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, aksiyalar zamanı 2500-dən çox insan həlak olub, ölkədə isə artıq bir həftədir internetə çıxış məhdudlaşdırılıb.

    Bundan əvvəl “The Times” qəzeti kəşfiyyat məlumatlarına istinadən yazmışdı ki, İranın ali dini lideri Əli Xameneyi etirazların nəzarətdən çıxacağı halda təxliyə planı hazırlayıb. Məlumata görə, bu plan çərçivəsində onun yaxın çevrəsindən, o cümlədən ailə üzvləri və köməkçilərindən ibarət təxminən 20 nəfərin ölkəni tərk etməsi nəzərdə tutulur.

    #ABŞ İran rəhbərliyinin ölkədən milyonlarla dollar çıxardığını bildirir #İranda etirazlar fonunda kütləvi kapital axını qeydə alınıb #Vaşinqton İranın maliyyə vəsaitlərini izlədiyini açıqladı #ABŞ: İran hakimiyyəti pulları gizli yollarla ölkədən çıxarır #İranda maliyyə böhranı dərinləşir – ABŞ rəsmisi #Etirazlar İran iqtisadiyyatında ciddi sarsıntı yaradıb #ABD İran yönetiminin ülkeden yüklü miktarda para çıkardığını açıkladı #İran’daki protestolar sermaye kaçışını hızlandırdı #Washington İran’ın mali varlıklarını takip ediyor #ABD’ye göre İran’da finansal çöküş derinleşiyor #İran yönetimi parayı yurt dışına aktarıyor iddiası #Protestolar İran ekonomisini sarsıyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    PKK kürdlərin təhlükəsizliyinin təminatçısı ola bilməz - Suriya Prezidenti

    15 Yanvar 2026 20:02

    Uqandada internet məhdudiyyətləri fonunda seçki keçirildi

    15 Yanvar 2026 19:14

    ABŞ İran rəhbərliyinin ölkədən kütləvi maliyyə vəsaitləri çıxardığını iddia edib

    15 Yanvar 2026 18:45

    İsrail 95 günlük atəşkəs dövründə Qəzzada 1200-dən çox pozuntu törədib

    15 Yanvar 2026 17:36

    Pekin Tehrana dəstək mesajı verdi

    15 Yanvar 2026 17:12

    HƏMAS Qəzzanın idarə edilməsi üçün texnokratik komitənin yaradılmasını dəstəkləyib

    15 Yanvar 2026 16:45

    Qəzzada həlak olanların sayı 71 min nəfəri ötüb

    15 Yanvar 2026 15:43

    İran hava məkanını yenidən açdı

    15 Yanvar 2026 12:23

    Livan hökuməti ilə Hizbullah arasında "vətəndaş müharibəsi" xəbərdarlığı gərginliyi artırıb

    15 Yanvar 2026 11:43

    İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli razılaşma əldə edib

    15 Yanvar 2026 09:54

    Suriya ordusu Hələbin şərqində mülki əhalinin təxliyəsi üçün humanitar dəhliz açır

    15 Yanvar 2026 09:39

    Qəzza atəşkəs planının ikinci mərhələsinə keçir - ABŞ rəsmisi

    14 Yanvar 2026 22:37
    Demo
    XƏBƏR LENTİ

    PKK kürdlərin təhlükəsizliyinin təminatçısı ola bilməz - Suriya Prezidenti

    İsrailin Türkiyəyə qarşı hərbi üstünlük lobbiçiliyi absurddur - ABŞ-ın keçmiş rəsmisi

    Uqandada internet məhdudiyyətləri fonunda seçki keçirildi

    ABŞ İran rəhbərliyinin ölkədən kütləvi maliyyə vəsaitləri çıxardığını iddia edib

    İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıq məsələləri müzakirə edildi

    “Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası olacaq

    İsrail 95 günlük atəşkəs dövründə Qəzzada 1200-dən çox pozuntu törədib

    Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq

    Pekin Tehrana dəstək mesajı verdi

    Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.