Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Hələb şəhərində Suriya ordusu ilə SDQ qüvvələri arasında silahlı toqquşmalar baş verib

    6 Yanvar 2026 18:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Hələb şəhərində Suriya hökumət qüvvələri ilə kürd yönümlü və ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri (SDQ) arasında silahlı toqquşmalar baş verib.

    AzerVoice xəbər verir ki, Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, qarşıdurmalar nəticəsində azı üç mülki şəxs və bir hərbçi həlak olub, doqquz nəfər isə yaralanıb.

    Məlumata əsasən, SDQ qüvvələri Hələbin şərqində yerləşən Deyr Hafər ərazisində hərbi nəzarət-buraxılış məntəqəsinə pilotsuz uçuş aparatları ilə hücum edib. Hadisə nəticəsində üç hərbçi yaralanıb. Daha sonra Hələbin Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında ağır silahlardan atəş səsləri və intensiv döyüşlər qeydə alınıb.

    Suriya Müdafiə Nazirliyi bəyan edib ki, baş verənləri “təcavüz aktı” kimi qiymətləndirir və buna “uyğun şəkildə cavab veriləcək”.

    SANA-nın son məlumatına görə, SDQ tərəfindən həyata keçirildiyi bildirilən artilleriya atəşi nəticəsində Hələb şəhərində üç mülki şəxs ölüb, doqquz nəfər yaralanıb. Həlak olanlar arasında iki qadının olduğu qeyd edilir.

    Hələb Kənd Təsərrüfatı İdarəsinin mətbuat xidmətinin məlumatına görə, SDQ tərəfindən atılan mərmi vilayətin kənd təsərrüfatı idarəsinin binasına düşüb və nəticədə doqquz əməkdaş xəsarət alıb.

    Daha əvvəl dövlət mediası toqquşmalar zamanı hökumət qüvvələrinin bir üzvünün həlak olduğunu bildirmişdi.

    Suriya dövlət televiziyası iki qadının və bir uşağın mülki yaşayış məntəqəsinə düşən mərmi nəticəsində zərər gördüyünü, məsuliyyətin SDQ-nin üzərində olduğunu açıqlayıb. SDQ isə yayımladığı bəyanatda bu iddianı rədd edərək, mərminin Dəməşq hökumətinə bağlı silahlı qruplar tərəfindən atıldığını və əl-Midan rayonuna düşdüyünü bildirib.

    Məlumata görə, ağır döyüşlər əsasən kürdlərin kompakt yaşadığı Əşrəfiyyə və Şeyx Məqsud rayonlarında cəmləşib. İlk dəfə olaraq tərəflərin pilotsuz uçuş aparatlarından geniş şəkildə istifadə etdiyi bildirilir.

    Hökumət mənbələri SDQ-nin təkcə təhlükəsizlik qüvvələrini deyil, həm də yaşayış məntəqələrini hədəf aldığını iddia edir. Bunun fonunda Suriya hökuməti Şeyx Məqsud və Əşrəfiyyə ətrafındakı bəzi yaşayış sahələrinin təxliyəsinə başlayıb.

    Qarşıdurmalar SDQ rəhbərliyinin iki gün əvvəl Dəməşqdə Suriya hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə keçirdiyi görüşdən sonra baş verib. Tərəflər mart ayında imzalanmış razılaşmaya əsasən SDQ-nin Suriya ordusuna inteqrasiyası məsələsini müzakirə etsə də, danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.

    Analitiklərin fikrincə, SDQ-nin ölkə ərazisinin təxminən üçdə birinə, eləcə də əsas enerji və kənd təsərrüfatı resurslarına nəzarət etməsi gərginliyi daha da artırır. Xüsusilə Suriyanın iqtisadi mərkəzi sayılan Hələbdə silahlı qrupların mövcudluğu hökumətin investisiya cəlb etmək və müharibədən sonra iqtisadi bərpanı sürətləndirmək planlarını çətinləşdirir.

    #Hələbdə Suriya ordusu ilə SDQ arasında toqquşmalar: ölənlər var #Hələb yenidən gərginlik mərkəzinə çevrildi: mülki itkilər qeydə alınıb #Suriya hökuməti SDQ-nin hücumlarına cavab veriləcəyini açıqladı #SDQ ilə hökumət qüvvələri arasında gərginlik Hələbdə alovlandı #Hələbin Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında ağır döyüşlər #Halep’te Suriye ordusu ile SDG arasında çatışmalar #Halep’te şiddet tırmandı: siviller hayatını kaybetti #Suriye yönetimi SDG saldırılarına karşılık verecek #Şeyh Maksud ve Eşrefiye’de ağır çatışmalar yaşanıyor #Halep’te SDG ile hükümet güçleri karşı karşıya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Kuneytrada reydlər keçirib – Dəməşq 1974-cü il sazişinin pozulduğunu bildirir

    18 Fevral 2026 12:37

    İsrailli nazir Qərb Sahildə fələstinlilərin köçünü təşviq etməyə çağırıb

    18 Fevral 2026 11:19

    Mədinədə "Hicrət: Peyğəmbərin izi ilə" sərgisinin açılışı olub

    18 Fevral 2026 04:00

    Qəzza aclıq və bahalıq fonunda üçüncü Ramazana daxil olur

    17 Fevral 2026 22:13

    Kral Salman dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edib

    17 Fevral 2026 21:26

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    17 Fevral 2026 16:29

    Suriyada mina partlayışı: jurnalist də daxil olmaqla 3 nəfər yaralandı

    17 Fevral 2026 15:56

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54

    Səudiyyə, Türkiyə və Misirdən birgə bəyanat: İsrail beynəlxalq hüququ pozur

    17 Fevral 2026 12:32

    Qətərli sahibkarlar Suriyada yenidənqurma layihələrinə start verdi

    17 Fevral 2026 09:22

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    16 Fevral 2026 21:35
    XƏBƏR LENTİ

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İnşaat Kollecinə yeni direktor təyin olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.