Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Malayziyanın Baş naziri Türkiyəyə rəsmi səfərə gəlib

    7 Yanvar 2026 22:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib.

    Malayziya hökumət başçısını Ankara Esenboğa Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duranın sosial şəbəkə hesabında verdiyi məlumata görə, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

    Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, müdafiə, ticarət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq. Həmçinin Türkiyə ilə Malayziya arasında müqavilə-hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

    Danışıqlarda regional və beynəlxalq gündəlikdə duran məsələlər, İslam dünyasında baş verən proseslər, qlobal təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mexanizmləri də müzakirə olunacaq.

    Rəsmi Ankara səfərin Türkiyə–Malayziya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından mühüm mərhələ olduğunu bildirir.

    #Türkiyə–Malayziya münasibətlərində yeni mərhələ: Ənvər İbrahim Ankarada #Malayziya Baş naziri Türkiyəyə rəsmi səfərə gəldi #Ankara–Kuala Lumpur xəttində strateji əməkdaşlıq güclənir #Ərdoğan–Ənvər İbrahim görüşü: Strateji Şura ilk dəfə toplanır #Türkiyə və Malayziya arasında yeni razılaşmalar gözlənilir #Esenboğada rəsmi qarşılanma: Malayziya Baş naziri Türkiyədə #Türkiyə–Malayziya Yüksək Səviyyəli Şura fəaliyyətə başlayır #Ankara regional və qlobal məsələləri Malayziya ilə müzakirə edir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    UNRWA yaxın həftələrdə Türkiyədə ofis açacaq

    8 Yanvar 2026 19:44

    Türkiyə Hələbdəki toqquşmaların dayandırılması üçün Dəməşqə dəstəyə hazır olduğunu açıqladı

    8 Yanvar 2026 18:32

    Ərdoğan CHP sədri Özgür Özələ qarşı 500 min lirəlik mənəvi təzminat iddiası qaldırıb

    8 Yanvar 2026 17:11

    SDQ qısa zamanda Suriyanın yeni idarəetməsinə inteqrasiya olunmalıdır - Kurtulmuş

    8 Yanvar 2026 15:21

    Ərdoğan Malaziyanın Baş naziri ilə görüşüb

    8 Yanvar 2026 15:21

    Türkiyə Suriyaya lazımi dəstəyi göstərəcək - Türkiyə MN

    8 Yanvar 2026 13:17

    Türkiyə Yaponiyaya PUA təklifi edir: ANKA və Bayraktar modelləri gündəmdə

    8 Yanvar 2026 10:27

    Türkiyə Qəzzaya sülhməramlı qüvvə göndərməyə hazırlaşır - Yaşar Gülər

    8 Yanvar 2026 10:11

    Malayziyanın Baş naziri Türkiyəyə rəsmi səfərə gəlib

    7 Yanvar 2026 22:18

    Hakan Fidan və Oman naziri Ankarada ticarət, Yəmən və regional sabitliyi müzakirə edəcək

    7 Yanvar 2026 16:27

    Liviyaya məxsus təyyarənin qara qutusu və səs yazma cihazı zədələnib - Türkiyə

    7 Yanvar 2026 13:19

    Türkiyədə narkotik satıcılarına qarşı əməliyyatlar: 424 nəfər saxlanıldı

    7 Yanvar 2026 09:45
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 9 yanvar

    Rusiya və Fransa saxlanılan şəxsləri mübadilə edib

    “Həyat Teatrı” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib

    ABŞ Senatı Trampın Venesuelaya qarşı hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün qətnaməni irəlilədib

    Avropa İttifaqı Qrenlandiyanın təhlükəsizliyi üçün bir neçə ssenarini müzakirə edir

    Dumanlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

    Livan cümə günü qaz kəşfiyyatı üzrə saziş imzalayacaq

    UNRWA yaxın həftələrdə Türkiyədə ofis açacaq

    Səudiyyə Ərəbistanı Pakistanı alternativ silah tədarükçüsü kimi nəzərdən keçirir

    Türkiyə Hələbdəki toqquşmaların dayandırılması üçün Dəməşqə dəstəyə hazır olduğunu açıqladı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.