Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb

    18 Dekabr 2025 19:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 18-də ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.

    AzerVoice xəbər verir ki, görüş zamanı Komitə sədri Ramin Məmmədov bu il Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanan Anlaşma Memorandumundan sonra bütün sahələrdə, o cümlədən dini müstəvidə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. O bildirib ki, bu yeni mərhələdə formalaşan imkanlardan səmərəli istifadə edərək Azərbaycan ilə ABŞ arasında dini sahədə əməkdaşlığı inkişaf etdirmək mümkündür.

    Görüşdə ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din siyasətinin nəticəsi olaraq formalaşmış multikultural mühitdən bəhs edən Ramin Məmmədov vurğulayıb ki, bu istiqamətdə görülən məqsədyönlü işlər cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasına, dinlərarası həmrəyliyin və vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Komitə sədri ölkəmizdə ilk dəfə təşkil edilən “Fərqliliyin rəngi” festivalının yüksək səviyyədə və geniş ictimai maraqla keçirildiyini, müxtəlif dini konfessiyaların nümayəndələrinin bu tədbirdə fəal iştirak etdiyini diqqətə çatdıraraq, bunun Azərbaycanda qarşılıqlı hörmətə, etimada və multikultural dəyərlərə əsaslanan tolerantlıq mühitinin real göstəricisi olduğunu bildirib.

    ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ölkəmizdə müşahidə olunan dini tolerantlıq, multikulturalizm mühitini yüksək qiymətləndirib, müxtəlif dini konfessiya nümayəndələri arasında mövcud olan qarşılıqlı anlaşma və əməkdaşlığın nümunəvi xarakter daşıdığını qeyd edib. Multikulturalizmin Azərbaycanın ən güclü və cəhətlərindən biri olduğunu xüsusi vurğulayan E. Karlon ABŞ-nin əsas məqsədinin regionda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verməkdən ibarət olduğunu bildirib. O, eyni zamanda gələn il ABŞ-Azərbaycan münasibətlərinin daha da dinamik inkişaf edəcəyini, bir sıra ictimai-siyasi xadimlərin ölkəmizə səfərlərinin planlaşdırıldığını qeyd edib. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılmasını yüksək dəyərləndirildiyini vurğulayıb.

    Müvəqqəti işlər vəkili ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatının qərəzli yanaşmalardan, habelə əsassız iddialardan uzaq hazırlanmasının, Azərbaycanın mövcud reallıqlarını, ölkədə dini etiqad azadlığının təmin olunması və tolerant mühitin faktiki vəziyyətini obyektiv, dolğun şəkildə əks etdirməsinin vacibliyini də xüsusi olaraq vurğulayıb.

    #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov #ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon #Ramin Məmmədov ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb. #Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanan Anlaşma Memorandumu #Azərbaycan ilə ABŞ arasında dini sahədə əməkdaşlıq #ABŞ-Azərbaycan münasibətləri #İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisi #ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib

    16 Dekabr 2025 12:12

    Bakıda “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçiriləcək

    12 Dekabr 2025 16:05

    Komitə sədri BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edəcək

    11 Dekabr 2025 12:13

    Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

    5 Dekabr 2025 15:06

    Göyçayda keçirilən regional konfrans başa çatıb

    3 Dekabr 2025 17:11

    Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda konfrans keçirilib

    3 Dekabr 2025 14:36

    Yaşıl gələcək naminə aksiyası davam etdirilir

    2 Dekabr 2025 19:12

    Dövlət Komitəsinin sədri İmişlidə məscidləri ziyarət edib

    2 Dekabr 2025 17:19

    Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans keçiriləcək

    1 Dekabr 2025 10:12

    Ramin Məmmədov Türkiyəli tələbələrlə görüşdü

    25 Noyabr 2025 16:00

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 24-də Azərbaycan Bəhailəri Dini Mərkəzinin fəaliyyəti ilə tanış olub

    24 Noyabr 2025 18:02

    Dövlət Komitəsinin sədri Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib

    24 Noyabr 2025 16:22
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb

    Əlahiddə Ümumqoşun Ordunun 12-ci ildönümü qeyd edilib

    İsrail maneələri Qəzzada humanitar fəaliyyəti iflic edir - BMT

    Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edilib

    Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb

    SDQ vaxt qazanmağa çalışır - Hakan Fidan

    Parisdə Livan Ordusuna dəstək və Hizbullahın tərksilahı müzakirə edilib

    Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır - Cavid Musayev

    Sərhədləri aşan baxış: Türkiyə kəşfiyyat qaydalarını yenidən yazır

    Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.