BAKI, AzerVoice, Nailə Babazadə
Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman bin Əbdüləziz Ər-Riyadda ABŞ prezidentinin ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Boulos ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər Səudiyyə–ABŞ ikitərəfli münasibətlərini nəzərdən keçirib, regionda baş verən son prosesləri, sülhün təşviqi istiqamətində görülən davamlı səyləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah, dövlət naziri və milli təhlükəsizlik üzrə müşavir Musaid bin Məhəmməd Əl-Ayban, xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Musab bin Məhəmməd Əl-Fərhan, eləcə də müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müşaviri Hişam bin Əbdüləziz bin Səif iştirak ediblər.
