Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Livanda sabiq iqtisadiyyat naziri Amin Salam girov qarşılığında azadlığa buraxılır

    16 Dekabr 2025 18:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Livan məhkəməsi korrupsiya ittihamları ilə altı ay həbsdə saxlanılan sabiq iqtisadiyyat naziri Amin Salamın girov qarşılığında azadlığa buraxılmasını təsdiqləyib.

    AzerVoice-un məlumatına görə, məhkəmə orqanları Amin Salam barəsində doqquz milyard Livan funtu (təxminən 100 min ABŞ dolları) məbləğində girov və ölkədən çıxış qadağası tətbiq edib. Girovun ödənildiyi, hazırda isə onun həbsxanadan azad edilməsi üçün prosedurların davam etdiyi bildirilir.

    Qeyd edək ki, Amin Salam 2021–2025-ci illərdə keçmiş baş nazir Nəcib Mikati hökumətində iqtisadiyyat naziri vəzifəsində çalışıb və 2019-cu ildən bəri davam edən iqtisadi böhran fonunda həbs olunan yeganə sabiq nazirdir.

    Məlumata görə, Salam “saxtakarlıq, vəsaitlərin mənimsənilməsi və şübhəli müqavilələr” üzrə istintaqa cəlb edilib. Onun müşaviri Fadi Tamim 2023-cü ildə sığorta şirkətlərindən şəxsi gəlir əldə etmək və şantaj ittihamı ilə bir il həbs cəzasına məhkum olunub.

    Eyni zamanda, sabiq nazirin qardaşı Kərim Salam da bu ilin əvvəlində qeyri-qanuni varlanma, saxtakarlıq və sığorta şirkətlərinin sıxışdırılması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. İstintaq orqanlarının məlumatına görə, həmin əməllər nazirin vəzifə səlahiyyətlərindən istifadə edilməklə törədilib.

    Livan cəmiyyətində dərin iqtisadi böhran əsasən uzun illər dövlət institutlarında mövcud olmuş idarəetmə problemləri və korrupsiya ilə əlaqələndirilir.

    Bu il vəzifəyə başlayan Prezident Cozef Aun və Baş nazir Nəvvaf Salam beynəlxalq donorların tələb etdiyi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni prioritet elan ediblər. Rəsmi Beyrut məhkəmə sisteminin müstəqilliyinin qorunacağını və istintaqlara siyasi müdaxilənin qarşısının alınacağını bəyan edib.

    Xatırladaq ki, sentyabr ayında Livanın Mərkəzi Bankının keçmiş rəhbəri Riyad Səlame də bir ildən artıq həbsdən sonra 14 milyon dollardan çox rekord girov ödəməklə azadlığa buraxılmışdı.

    #Livanda sabiq iqtisadiyyat naziri Amin Salam girovla azadlığa buraxılır #Livan məhkəməsi korrupsiya işi üzrə Amin Salamın azad edilməsinə razılıq verdi #Amin Salam barəsində girov qərarı: Livanda korrupsiya istintaqında yeni mərhələ #Суд Ливана освободил бывшего министра экономики Амина Салама под залог #Дело о коррупции: экс-министр экономики Ливана выйдет на свободу #Ливанская юстиция одобрила освобождение Амина Салама #Lebanon approves release of former economy minister Amin Salam on bail #Ex-Lebanon economy minister to be freed amid corruption probe #Lebanese court grants bail to former minister Amin Salam
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza üzrə Beynəlxalq Sabitləşdirmə Qüvvəsi artıq fəaliyyət göstərir - Tramp

    16 Dekabr 2025 19:46

    İsrail həbsxanalarında iğtişaş riski ilə bağlı xəbərdarlıq edilib

    16 Dekabr 2025 19:11

    Livanda sabiq iqtisadiyyat naziri Amin Salam girov qarşılığında azadlığa buraxılır

    16 Dekabr 2025 18:30

    Qəzzada soyuqdan bir körpə daha həlak olub

    16 Dekabr 2025 15:54

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41

    Movasalat Qətərdə ilk RoboTaxi xidmətini istifadəyə verib

    16 Dekabr 2025 11:41

    Səudiyyə müdafiə naziri ABŞ prezidentinin baş müşaviri ilə regional inkişafları müzakirə edib

    16 Dekabr 2025 11:32

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    15 Dekabr 2025 22:29

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    15 Dekabr 2025 21:34

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    15 Dekabr 2025 20:52

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    15 Dekabr 2025 20:31

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    15 Dekabr 2025 20:04
    Demo
    XƏBƏR LENTİ

    Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

    Ağalıda növbəti əmək yarmarkası keçirilib

    Qəzza üzrə Beynəlxalq Sabitləşdirmə Qüvvəsi artıq fəaliyyət göstərir - Tramp

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

    İsrail həbsxanalarında iğtişaş riski ilə bağlı xəbərdarlıq edilib

    Sudan rəhbəri Donald Trampla sülh danışıqlarına hazır olduğunu bildirib

    Darfur və Kordofanda döyüşlər şiddətlənir - BMT rəsmisi

    Livanda sabiq iqtisadiyyat naziri Amin Salam girov qarşılığında azadlığa buraxılır

    Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.