Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türk Silahlı Qüvvələri hər cür təhlükəni dəf edəcək güc və iradəyə malikdir - Türkiyə MN

    4 Dekabr 2025 13:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstanın bəzi rəsmiləri tərəfindən səsləndirilən gərginliyi artırıcı açıqlamalara münasibət bildirib.

    AzerVoice xəbər verir ki, açıqlama, Nazirlikdə keçirilən mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən verilib.

    Türkiyə MN rəsmiləri bildiriblər ki, qonşu ölkənin hərbi fəaliyyəti də daxil olmaqla, bölgədəki bütün inkişaflar diqqətlə və yaxından izlənilir. Nazirlik vurğulayıb ki, Egey dənizi də daxil olmaqla regionun sülh və sabitlik bölgəsi olması Türkiyənin əsas prioritetidir və bu istiqamətdə üzərinə düşən məsuliyyətləri yerinə yetirir.

    Açıqlamada əlavə olunub ki, bəzi Yunan rəsmilərinin gərginliyi artıran açıqlamaları və beynəlxalq müqavilələrə zidd bəyanatları yalnız iki ölkə lideri arasındakı pozitiv diplomatik atmosferə zərər verir.

    Türkiyə MN həmçinin qeyd edib ki, Türk Silahlı Qüvvələri özünə heç bir təhlükə yaratmayan şəxslər üçün təhlükə törətmir. Lakin ölkəyə yönələ biləcək hər cür təhlükəni dəf edəcək güc və iradəyə malikdir. Nazirlik xatırladıb ki, Türkiyəni hədəf alan təşəbbüslər keçmişdə nəticəsiz qaldığı kimi, bu gün və gələcəkdə də uğur qazanmayacaq.

    #Türkiyə Silahlı Qüvvələri #Yunanıstan #Türkiyə Milli Müdafiə Nazirliyi #Türkiyə Yunanıstan münasibətləri #Beynəlxalq münasibətlər #Türkiyə Yunanıstan geosiyasi rəqabəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Türkiyə və Yunanıstan liderlərinin görüşü fevral ayında baş tuta bilər

    15 Yanvar 2026 15:13

    Türkiyə–İran sərhədində 24 saatlıq təhlükəsizlik rejimi tətbiq olunur - Türkiyə MN

    15 Yanvar 2026 13:15

    Türkiyə Qəzzaya sülhməramlı qüvvə göndərməyə hazırlaşır - Yaşar Gülər

    8 Yanvar 2026 10:11

    Yunanıstanda hava nəqliyyatında ciddi problem: Afina FIR-də uçuşlar dayandırılıb

    4 Yanvar 2026 15:47

    Yunanıstandan Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    31 Dekabr 2025 12:00

    Türkiyə hava məkanının təhlükəsizliyini qətiyyətlə təmin edir - Türkiyə MN

    25 Dekabr 2025 14:37

    Türkiyədən İsrail və Yunanıstana F‑35 xəbərdarlığı

    20 Dekabr 2025 13:08

    Türkiyə Silahlı Qüvvələrinin inventarına Bayraktar TB-3 SİHA daxil edilib

    18 Dekabr 2025 13:09

    Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

    17 Dekabr 2025 12:27

    Türkiyədən Yunanıstana dəri ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    14 Dekabr 2025 16:00

    Türkiyə və Azərbaycan müdafiə sənayesi sahəsində birgə şirkət yaradıb

    12 Dekabr 2025 13:20
    Demo
    XƏBƏR LENTİ

    Prezidentliyin ilk ili: Tramp hakimiyyətin sərhədlərini necə genişləndirdi?

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.