BAKI, AzerVoice, Fərid Mikayılov
Çin Xalq Respublikasının Sədri Si Cinpin Fransanın Prezidenti Emmanuel Makronla Vyanada keçirilən görüş zamanı Ukrayna münaqişəsi fonunda Pekinə qarşı irəli sürülən ittihamları əsassız adlandırıb və Çin diplomatiyasının əsas məqsədinin sülhün təmin edilməsi olduğunu bildirib.
AzerVoice xəbər verir ki, Si Cinpin qeyd edib ki, Çin Ukrayna böhranının siyasi yolla həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir və prosesə konstruktiv şəkildə töhfə verməkdə davam edəcək.
“Çin sülhə aparan bütün səyləri dəstəkləyir. Biz siyasi həll yolunda konstruktiv rol oynamağa hazırıq. Lakin Pekinə qarşı irəli sürülən məsuliyyətsiz və əsassız ittihamları qəti şəkildə rədd edirik” - deyə Çin lideri vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi təşəbbüsünə münasibət bildirərək, Pekinin beynəlxalq hüquq normalarını pozan birtərəfli addımlara qarşı olduğunu bəyan etmişdi.