Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Müharibə yox, sülh istəyirik - Maduro

    2 Dekabr 2025 09:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Venesuela Prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən Bolivarcı İcma Komandanlarının andiçmə mərasimində çıxışı zamanı rəqs edərək ABŞ-a “sülh” çağırışı edib. Tədbir hakim Birləşmiş Sosialist Partiyası tərəfindən təşkil olunub.

    AzerVoice xəbər verir ki, Mərasimdə öz sözlərinin remiks edilmiş versiyasının müşayiəti ilə rəqs edən Maduro, “Müharibə? Qətiyyən yox. Müharibəyə yox, xahiş edirəm sülh olsun”, – deyərək Venezuela hökumətinin gərginlik deyil, dialoq istədiyini bildirib.

    Prezident ölkə əhalisinin 94 faizinin “imperialist hərbi təhdidə” qarşı olduğunu vurğulayıb:
    “Xalqın 94 faizi hər cür xarici hücumu rədd edir və vətəni müdafiəyə hazır olduğunu bəyan edir.”

    Maduro çıxışı zamanı mərhum prezident Uqo Çavesə sədaqət andını da yeniləyib və “lazım gələrsə həyatım bahasına belə sizə sadiq qalacağıma” söz verib. O, son 22 həftədə xalqın psixoloji təzyiqə məruz qaldığını, ordunun və polis qüvvələrinin iştirakı ilə aparılan təlimlərin isə ölkənin müdafiə qabiliyyətini gücləndirdiyini deyib.

    Mitinqlə paralel olaraq PSUV üzvləri Karakasın əsas küçələrində yürüş edərək ABŞ-ın Karib hövzəsindəki hərbi fəallığını pisləyən şüarlar səsləndiriblər.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın əvvəlki qərarnaməsinə əsasən Latın Amerikası narkotik kartellərinə qarşı əməliyyatların gücləndirilməsi çərçivəsində ABŞ ordusunun bölgədə iştirakı artırılıb. Bu məqsədlə ABŞ avqust ayında Venesuela sahillərinə sualtı və hərbi gəmilər göndərib.

    Müdafiə naziri Pit Hegseth ABŞ ordusunun “rejim dəyişikliyi daxil olmaqla” mümkün əməliyyatlara hazır olduğunu bildirib. Maduro isə cavab olaraq ölkədə 4,5 milyon nəfərlik milis qüvvəsinin səfərbər edildiyini açıqlayıb.

    ABŞ hərbi gəmilərinin Venesuela sahillərində narkotik qaçaqmalçılığı iddiası ilə həyata keçirdiyi əməliyyatlar Karakas tərəfindən “beynəlxalq hüquqa zidd” kimi qiymətləndirilir. Eyni zamanda dünyanın ən böyük təyyarədaşıyıcısı olan USS Gerald R. Fordun bölgəyə göndərildiyi də bildirilir.

    #ABŞ #Venesuela #ABŞ Dövlət Departamenti #Nikolas Maduro #Nikolas Maduro çıxışı #Maduro çağırışı #ABŞ Venesuela gəmilər #Venesuela mülki könüllülər #ABŞ Venesuela əməliyyatı #Nikolas Maduro və ABŞ #Venesuela–ABŞ gərginliyi #ABŞ Venesuela böhranı #Nikolas Maduro ABŞ münasibətləri #ABŞ Venesuela hərbi müdaxilə #Venesuela hökuməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49

    ABŞ Venesuelalı miqrantları deportasiya edəcək

    1 Dekabr 2025 10:50

    ABŞ-nin qlobal innovasiya platforması “Plug and Play” ilə İRİA əməkdaşlığa başlayır

    1 Dekabr 2025 10:34

    Qırğızıstanın 25 mindən çox vətəndaşı xaricdə səsvermədə iştirak edib - Qırğızıstan seçkiləri

    1 Dekabr 2025 10:04

    ABŞ antinarkotik kampaniyası müdafiə startapları üçün yeni imkanlar yaradıb

    30 Noyabr 2025 21:56

    İsrail prezidenti Hersoq Netanyahunun əfv müraciətini qəbul etdi

    30 Noyabr 2025 20:07

    Venesuela ABŞ hücumu ehtimalına qarşı iki cavab planı hazırlayıb

    30 Noyabr 2025 19:55

    ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb

    30 Noyabr 2025 18:59

    Avtobus sürücüsündən dövlət başçısına qədər uzanan yol – Maduro hekayəsi

    30 Noyabr 2025 18:20

    Trampın iqamətgahı üzərində hava məkanını pozan təyyarəyə F-16 qırıcısı qaldırılıb

    30 Noyabr 2025 12:18

    ABŞ-də atışma baş verib

    30 Noyabr 2025 11:03

    Rubio, Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər - KİV

    30 Noyabr 2025 10:06
    Demo
    XƏBƏR LENTİ

    Quba şəhərində “Cümə” məscidi dini icması iməcilik təşkil edib

    Türkiyədə FETÖ əməliyyatlarında 58 nəfər həbs olunub

    Müharibə yox, sülh istəyirik - Maduro

    İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

    Netanyahu Ağ Evə dəvət edilib

    Papa XIV Leo Livanda dini liderlərlə və gənclərlə görüşüb

    Tarixdə bu gün – 2 Dekabr

    Qəzzada humanitar aksiya - 800 nəfər təmiz içməli su ilə təmin edilib

    Səudiyyə Ərəbistanı və Rusiya qarşılıqlı vizasız giriş barədə anlaşma imzalayıb

    Köhnə oyunçular geri çəkilir, Bakı irəli çıxır - İsraildəki görüşün pərdəarxası

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.