BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.
Bu barədə AzerVoice-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 100 milyon 445 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 1 milyard 454 milyon 983 min dollar məbləğində dəri məhsulları ixrac edib.