Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycan Bəhreyn və Küveyt ilə qarşılıqlı investisiya imkanlarını dəyərləndirib

    3 Dekabr 2025 17:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bəhreyn və Küyevtlə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsini müzakirə edib.

    Bu barədə AzerVoice ARDNF-yə istinadən xəbər verir.

    Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına və Küveyt Dövlətinə işgüzar səfər edib. Səfərin əsas məqsədi suveren fondlar, dövlət qurumları və strateji sektorların rəhbərləri ilə keçirilən yüksək səviyyəli görüşlər vasitəsilə beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi olub.

    Nümayəndə heyəti Bəhreynin suveren investisiya fondu olan "Mumtalakat"ın baş icraçı direktoru Şeyx Abdulla bin Xəlifə Al Xəlifə ilə görüşüb. Tərəflər qlobal investisiya mühitində mövcud trendlər, portfel şaxələndirilməsi və qarşılıqlı maraq doğuran yeni bazarlara çıxış imkanlarını müzakirə ediblər.

    ARDNF nümayəndələrinin daha sonra Bəhreyn Krallığının Maliyyə və Milli İqtisadiyyat naziri, Şeyx Salman bin Xəlifə Al Xəlifə ilə keçirilən görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialı, suveren fondların rolunun artırılması və regional investisiya axınlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

    Səfərin Bəhreyn hissəsi çərçivəsində nümayəndə heyəti Bəhreyn İqtisadi İnkişaf Şurasının (EDB) baş icraçı direktoru, Dayanıqlı İnkişaf üzrə naziri Nur bint Əli Alxulaif ilə görüşüb. Tərəflər rəqəmsal iqtisadiyyat, dayanıqlı maliyyə yanaşmaları və innovativ investisiya təşəbbüsləri üzrə fikir mübadiləsi aparıblar.

    Səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Bəhreynin dövlət daşınmaz əmlak şirkəti olan "Edamah" şirkətinin baş icraçı direktoru Xalid Al Məcid, "Premier Group" rəhbərliyi, eləcə də "Bapco Energies" şirkətinin baş icraçı direktoru Mark Tomas ilə görüşlər keçirib.

    Səfərin Küveyt proqramı çərçivəsində nümayəndə heyəti ölkənin suveren investisiya fondu olan Küveyt İnvestisiya Təşkilatının baş direktoru Şeyx Saud Al Sabah və Sosial Təminat üzrə Dövlət Təşkilatının (PIFSS) rəhbərliyi ilə görüşlər keçirib. Bu görüşlərdə qlobal kapitalların idarə olunması, institusional tərəfdaşlığın genişləndirilməsi, regional investisiya trendləri və uzunmüddətli investisiya strategiyaları müzakirə edilib.

    Nümayəndə heyəti həmçinin Küveyt Birbaşa İnvestisiyaların Təşviqi İdarəsinin (KDIPA) baş direktoru Dr. Məşal Cabir Al-Əhməd Al-Sabah ilə görüşərək sərmayə təşviqi, biznes mühitinin inkişafı və qarşılıqlı iqtisadi əməkdaşlıq imkanlarını nəzərdən keçirib, eləcə də bir sıra özəl sektor təmsilçiləri ilə regional bazarlarda mövcud trendlər və potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıb.

    #Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) #ARDNF əməkdaşlıq #suveren investisiya fondları #beynəlxalq tərəfdaşlıq #qarşılıqlı investisiya imkanları #İsrafil Məmmədov səfər #Mumtalakat fondu #Bəhreyn iqtisadi əməkdaşlıq #Küveyt investisiya təşkilatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İndoneziyada daşqın qurbanlarının sayı 900 nəfəri ötüb

    6 Dekabr 2025 14:29

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur

    6 Dekabr 2025 12:01

    "Boşluğa Xütbə" filminin premyerası olacaq

    6 Dekabr 2025 10:46

    Rusiyada güclü zəlzələ olub

    6 Dekabr 2025 09:25

    TDT əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

    5 Dekabr 2025 18:50

    AXCP sədri Əli Kərimli barəsində qərar qüvvədə saxlanılıb

    5 Dekabr 2025 16:11

    “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib

    5 Dekabr 2025 15:21

    Ramin Məmmədov İsveç XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

    5 Dekabr 2025 15:06

    Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb: açarlar təqdim olunub

    5 Dekabr 2025 14:56

    Energetika naziri Daşkənddə SOCAR və “Uzbekneftegaz”ın birgə layihəsinin başlanması mərasimində iştirak edib

    5 Dekabr 2025 14:41

    Azərbaycan Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında təmsil olunur

    30 Oktyabr 2025 15:51
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 7 Dekabr

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    Misir və Rusiya Sudan, Suriya, Livan və Qəzza üzrə regional gərginlikləri müzakirə edib

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    Suriya Prezidenti Şəraa Doha Forumunda Qətər Əmiri ilə danışıqlar aparıb

    Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

    İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib

    Sudanda uşaq bağçasına edilən hücumda 33 uşaq öldürülüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.