Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzza İdarə Komitəsi üçün təklif olunan hər hansı ada mane olmayacağıq

    1 Noyabr 2025 05:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Fələstin Milli Azadlıq Hərəkatı (FƏTH) hərəkatının sözçüsü Əbdülfəttah Davlə “əş-Şərq əl-Əvsət”ə bildirib ki, “hərəkat Qəzza sektorundan olan peşəkar şəxslərdən ibarət olacaq “Qəzza İdarə Komitəsi” üçün təklif olunan heç bir adı blok etməyəcək”.

    2025-ci il 24 oktyabr tarixində, “Fəth” istisna olmaqla, Qahirədə keçirilən görüşdə fələstinli fraksiyalar “atəşkəs razılaşmasının həyata keçirilməsinin dəstəklənməsi və davam etdirilməsi, Qəzza sektorunun idarə olunmasının sektorun sakinlərindən ibarət olan və müstəqillərdən formalaşan müvəqqəti Fələstin komitəsinə təhvil verilməsi və sektorun yenidən qurulmasının maliyyələşdirilməsi və icrasına nəzarət edəcək beynəlxalq komissiyanın yaradılması, həmçinin Fələstin siyasi sisteminin vahidliyinin və milli müstəqil qərar prinsipinin qorunması” barədə razılığa gəliblər. Fraksiyalar “bütün qüvvələrin və fələstinli fraksiyaların təcili milli strategiya üzərində anlaşmaq üçün təcili toplantı keçirməsinə” çağırış ediblər.

    Görüşdən sonra komitəyə rəhbərliklə bağlı fikir ayrılıqları yarandı, xüsusən İsrail media orqanları bir neçə gün əvvəl fələstinli fraksiyaların Qəzzanın idarə komitəsinin rəhbəri kimi Əmcəd əş-Şəvanın adını müzakirə etdiklərini yaydıqdan sonra.

    “Qəzza sektorunun idarə komitəsinin legitim çərçivəsi bir il əvvəl fraksiyalarla, o cümlədən HƏMAS-la razılaşdırılmışdı və HƏMAS görüşdən öncə bu razılaşmanı bir daha təsdiqləyib. Razılaşmaya əsasən, bu komitə Fələstin hökumətinin qanuni çərçivəsində fəaliyyət göstərməli, hökumət üzvlərindən biri olan bir nazirin rəhbərliyi altında olmalı və Fələstin dövlətinin idarəetmə və institusional sisteminin birliyi təmin edilməlidir.”-deyə Davlə bildirib.

    O əlavə edib ki, “Qahirədə iştirak edən fraksiyalar tərəfindən yayımlanan son bəyanat əldə olunmuş razılaşmadan fərqləndiyi üçün təcrübədə izahata və düzəlişə ehtiyac yaranır. Bu da son görüşlərin əsaslandığı anlayış ruhunun qorunması üçün vacibdir.”

    “HƏMAS lideri Tahir ən-Nunun açıqlamasına gəlincə, biz ümid edirik ki, bu, Fələstin hökumətinin qanuni çərçivəsində bir nazirin rəhbərliyində mütəxəssislərdən ibarət komitənin formalaşdırılmasını dəstəkləyən HƏMAS-ın rəsmi mövqeyinin təsdiqi olacaq, sadəcə mediada səslənmiş və tezliklə başqa bəyanatla inkar edilə biləcək açıqlama deyil.”-deyə Davlə qeyd edib.

    “Fəth” sözçüsü hesab edir ki, “Nununun bu mövqeyinin HƏMAS tərəfindən rəsmi və yekdil şəkildə təsdiqi fələstinlilər arasında milli birliyi möhkəmləndirəcək, yenidənqurma, ilkin bərpa və Qəzza sektorunun vahid milli strategiya çərçivəsində idarə olunması prosesini irəli aparacaq. Bu həm də xalqımızın maraqlarını, vətənin vahidliyini və Fələstin Azadlıq Təşkilatı və Fələstin Dövləti ilə təmsil olunan milli legitimliyi qoruyacaq”.

    “Biz “Fəth” olaraq adlarla mübahisə etmirik. Bizim üçün əsas anlayışın özü və komitənin siyasi və inzibati legitimliyinin təmin edilməsidir. Komitənin Qəzza sektorundan olan peşəkar və məsuliyyətli şəxslərdən ibarət olmasına hörmətlə yanaşırıq və heç bir namizədə mane olmayacağıq. Qəzza sektorunda fraksiyalara bağlı olmayan, yüksək peşəkarlığa sahib çoxlu sayda insanlar var və milli konsensusla işləyə bilərlər”.-deyə Fələstin rəsmisi bildirib.

    O, ad çəkməkdən imtina etsə də, hərəkatdakı məsul bir mənbə “əş-Şərq əl-Əvsət”ə bildirib ki, “Qəzzanın idarə komitəsinə rəhbərlik üçün hələ də əsas namizədlərdən biri Fələstin səhiyyə naziri, Qəzza sakini doktor Macid Əbu Ramazandır. O həm hökumət naziri, həm də sahədə geniş təcrübəyə malik milli fiqur kimi bu məsuliyyəti daşımağa qadirdir.”

    Digər tərəfdən, HƏMAS mətbuat müşaviri Tahir ən-Nunu çərşənbə günü Dohadan verdiyi TV müsahibəsində bildirib ki, hərəkat komitəyə daxil olmaq üçün 45 müstəqil texnokratın adını təklif edib. O əlavə edib ki, təklif olunan şəxslərin heç bir siyasi bağlantısı yoxdur və 24 oktyabr Qahirə görüşündə bütün fraksiyalar tərəfindən qəbul edilib.

    Nunu əlavə edib ki, HƏMAS “Fəth”in təklifi ilə razılaşıb ki, komitəyə rəhbərlik edəcək şəxs Fələstin hökumətinin naziri olsun. Onun sözlərinə görə, adlar Misir rəhbərliyi ilə müzakirə olunub və komitənin üzvlərini seçəcək tərəf Qahirə olacaq. Komitə Qəzza sektorunun tam idarəçiliyinə -Q o cümlədən təhlükəsizlik idarəçiliyinə – heç bir fraksiyanın müdaxiləsi olmadan dərhal başlayacaq.

    #Fələstin #HƏMAS #Fələstin Səhiyyə Nazirliyi #Fəth #fələstin bayrağı #Fəth hərəkatı #Fələstinlilərin məcburi köçü #Fələstin soyqırımı #Fələstin insan haqları #Fələstin mədəniyyəti #Fələstin məsələsi #Tam müstəqil Fələstin dövlətinin qurulmasını dəstəkləyirik deyərək #Fələstin Milli Azadlıq Hərəkatı #Tahir Nunu #Macid Əbu Ramazan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    4 Fevral 2026 11:28

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Fələstin məsələsi Yaxın Şərq üçün əsas prioritet olaraq qalır - Sisi

    21 Yanvar 2026 13:33

    Səudiyyə Ərəbistanı və Fələstin xarici işlər nazirləri Davosda Qəzza böhranını müzakirə ediblər

    21 Yanvar 2026 10:04

    HƏMAS İsrail həbsxanalarındakı vəziyyəti insanlıq cinayəti adlandırıb

    19 Yanvar 2026 13:56

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    19 Yanvar 2026 11:53
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.