Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailin hücumlarında 20 mindən çox fələstinli şagird həlak olub

    21 Oktyabr 2025 15:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fələstin Təhsil və Tədris Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza və İordan çayının Qərb sahilinə (Yəhuda və Samariyaya) həyata keçirdiyi hücumlar nəticəsində 20 min 58 şagird həyatını itirib, 31 min 139 şagird isə yaralanıb.

    AzerVoice xəbər verir ki, nazirliyin yayımladığı rəsmi açıqlamaya görə, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzzada həyata keçirdiyi hava və quru əməliyyatlarında 19 min 910 şagird həlak olub, 30 min 97 nəfər yaralanıb.

    Eyni dövrdə İordan çayının Qərb sahilində baş verən hücumlarda 148 şagirdin həyatını itirdiyi, 1042 nəfərin yaralandığı, 846 şagirdin isə İsrail qüvvələri tərəfindən həbs edildiyi bildirilib.

    Açıqlamada həmçinin qeyd olunub ki, Qəzza və Qərb sahilində 1037 müəllim və təhsil işçisi öldürülüb, 4 min 740 nəfər yaralanıb. Yalnız Qərb sahilində isə 228-dən çox təhsil əməkdaşı İsrail qüvvələri tərəfindən saxlanılıb.

    Nazirlik məlumatında vurğulanıb ki, Qəzzadaki İsrail hücumları nəticəsində 30 məktəb, müəllim və şagirdləri ilə birlikdə tamamilə məhv olub.

    Bundan əlavə, 179 dövlət məktəbi və 63 universitet binası tamamilə dağıdılıb, 118 dövlət məktəbi və 100-dən çox BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) məxsus məktəb bombalanaraq ciddi şəkildə zədələnib.

    İsrail ordusu Qərb sahilində də təhsil müəssisələrinə hücumlarını davam etdirib. El-Xəlilin cənubundakı Yatta bölgəsindəki Amira ibtidai məktəbi və Tubas şəhərindəki Akabe ibtidai məktəbi dağıdılıb, 8 universitet binasına isə dəfələrlə basqın və sabotaj törədilib.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Fələstinlilərin məcburi köçü #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Fələstin soyqırımı #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57
    XƏBƏR LENTİ

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Prezident İlham Əliyev: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

    Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub

    Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.