Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanı “Uber”in həmtəsisçisi və “Red Sea Global”ın rəhbərinə vətəndaşlıq verdi

    10 Oktyabr 2025 07:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən verilən ali fərmanla “Uber” şirkətinin həmtəsisçisi və sahibkar Travis Kalanik və “Red Sea Global” (Qırmızı Dəniz Beynəlxalq) şirkətinin baş icraçı direktoru Con Baqano Səudiyyə vətəndaşlığı ilə təltif olunublar.
    AzerVoice xəbər verir ki, bu addım “Səudiyyə 2030 Visyonu” strategiyası çərçivəsində elmi, innovativ və sahibkarlıq sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri ölkəyə cəlb etmək və insan kapitalına sərmayəni gücləndirmək məqsədi daşıyır.
    Vətəndaşlıq alan şəxslər Səudiyyə iqtisadiyyatına dəyər qatan, gələcək sektorların inkişafına və qeyri-neft gəlirlərinin artırılmasına töhfə verən şəxslər arasında yer alır.

    Kalanik 26 ildən artıq təcrübəyə malik bir sahibkardır və dünyanın ən uğurlu startaplarından biri olan “Uber”in həmtəsisçisi və keçmiş baş direktoru kimi tanınır. Onun rəhbərliyi dövründə şirkətin bazar dəyəri 150 milyard dollara qədər yüksəlib.

    Hal-hazırda Kalanik “CloudKitchens” adlı beynəlxalq səviyyədə fəaliyyət göstərən “bulud mətbəxləri” şəbəkəsinin baş direktorudur. Şirkət 400-dən çox məntəqədə, o cümlədən Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ daxil olmaqla Yaxın Şərqdə “Kitchen Park” brendi altında fəaliyyət göstərir. O, şirkətə 1,25 milyard dollarlıq sərmayə cəlb etməklə onun qlobal genişlənməsini sürətləndirib.

    Kalanik həmçinin “10100 Fund” adlı investisiya fondunun yaradıcısıdır. Fond Çin və Hindistanda daşınmaz əmlak, e-ticarət və texnoloji innovasiyalar sektorlarında yatırımlar həyata keçirir.

    “Red Sea Global” şirkətinin baş icraçı direktoru Con Baqano turizm və inkişaf layihələri sahəsində 40 illik təcrübəyə malikdir. O, 2006-cı ildə “Baha Mar” şirkətinin rəhbəri kimi Bahama adalarında 3,6 milyard dollarlıq lüks kurort kompleksinin tikintisinə rəhbərlik edib.

    Hazırda Baqano “Red Sea” və “Amala” layihələrinə rəhbərlik edir. Hər iki layihə 2022-ci ildə birləşərək Səudiyyə Ərəbistanının beynəlxalq turizm sektorunun simvoluna çevrilib. 2024-cü ildə “Forbes Middle East” jurnalı onu regionun “Turizm və səyahət liderləri” siyahısına daxil edib.

    #Məhəmməd bin Salman #Xalid bin Salman bin Əbdüləziz #Səudiyyə 2030 Vizyonu #Vision 2030 Səudiyyə #Məhəmməd bin Salman strategiyası #Məhəmməd bin Salman kimdir və nəyi dəyişdi #Vision 2030 planı Səudiyyədə nələri əhatə edir #Tramp və Məhəmməd bin Salman #Red Sea Global #Uber #CloudKitchens #Kitchen Park #10100 Fund #Baha Mar #Amala #Forbes Middle East
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zübeydə xanımdan Kral Salmana: Həcc ziyarətçiləri üçün su xidmətləri

    23 Sentyabr 2025 09:00

    Səudiyyə və Fransa liderləri “iki dövlətli həll” konfransının nəticələrini müzakirə etdilər

    21 Sentyabr 2025 09:01

    Səudiyyə Ərəbistanı və Pakistan – Müdafiə ittifaqı və ortaq güc

    18 Sentyabr 2025 10:33

    Məhəmməd bin Salman və Laricani regional gərginlikləri müzakirə edib

    16 Sentyabr 2025 22:59

    Məhəmməd bin Salman deyir ki, Qətəri bütün gücü ilə dəstəkləyəcək

    11 Sentyabr 2025 09:43

    Səudiyyə vəliəhdi İsrailin Qətərə hücumunu qınayıb

    9 Sentyabr 2025 19:17

    Məhəmməd bin Salman və Zelenski Ukrayna böhranını müzakirə edib

    12 Avqust 2025 11:44

    Səudiyyə Fələstin dövlətinin tanınmasında əsas rol oynayıb - Fələstin

    28 İyul 2025 13:37

    Məhəmməd bin Salman Kimdir?

    27 İyul 2025 13:40

    Səudiyyə İslahatları - Səhradan Gələcəyə,Post-Neft Dövrünə Keçidin Uğur Formulu

    25 İyul 2025 11:17

    Səudiyyə 2026-cı ildən əcnəbilərə əmlak almağa imkan verəcək

    9 İyul 2025 09:35

    Səudiyyə "THAAD" müdafiə sisteminin ilk bölməsini istifadəyə verdi

    4 İyul 2025 09:28
    Demo
    XƏBƏR LENTİ

    Dünya Çempionatı üçün 1 milyondan çox bilet satılıb

    Filippində 6,1 bal zəlzələ baş verib

    Türkiyənin Gemlik limanı 10 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Türkiyədə 1400-dən çox akkumulyator alınacaq

    Zakir Həsənov Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsini yoxlayıb

    Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam etsə, onları öldürməyə gedəcəyik- Tramp

    İsrailin avadanlıq girişinə icazə verməməsi, əsir cəsədlərinin təhvilini gecikdirir - HƏMAS

    Qəzzada HƏMAS-a qarşı yeni silahlı qüvvə yarandı - beynəlxalq yardım çağırışı

    Azərbaycanda doqquz ayda "yaşıl enerji" istehsalı artıb

    Qəzzada vəziyyət çox çətindir, amma lazım gələrsə, biz müdaxilə edərik - Tramp

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.