BAKI, AzerVoice, Nailə Babazadə
İsrail donanması, insanı yardım çatdırmaq və Qəzzaya doğru yola çıxan Azadlıq Flotiliyası üzvlərini mühasirəyə alaraq gəmilərə hücum etməyə davam edir.
AzerVoice xəbər verir ki, Azadlıq Flotiliyasının rəsmi saytındakı məlumatlara görə, Qəzzaya gedən 44 gəmidən 19-u İsrail hücumuna məruz qalıb.
İsrail tərəfindən dayandırıldığı bildirilen gəmilərin adları Alma, Sirius, Adara, Spectre, Yulara, Aurora, Otaria, Huga, Deir Yessine, Grande Blu, Morgana, Hio, Seulle, All In, Captain Nikos, Florida, Karma, Mohammad Bhar və Oxygono olaraq açıqlanıb.
Ən öncəki gəminin Qəzzaya məsafəsi təxminən 70 km (40 dəniz mili) olaraq göstərilir.
Flotilinın rəsmi saytında yayımlanan canlı yayımda, Captain Nikos gəmisindəki fəalların saxlanmasından sonra silahlı İsrail əsgərlərinin gəmiyə daxil olduğu anlar paylaşılıb.
Azadlıq Flotiliyasnın ABŞ-dakı rəsmi İnstagram hesabında Flotiliyanın sözçüsü Saif Abukeshek’in İsrail tərəfindən saxlanılan fəallara dair video açıqlaması yer alıb.
Abukeshek, İsrailin hücum etdiyi gəmilərdə olan fəalları belə sadalayıb.
"30 İspan, 22 İtalyan, 21 Türk, 12 Malayziyalı, 11 Tunisli, 11 Braziliyalı, 10 Fransız, 9 İrlandiyalı, 8 Əlcəzairli, 7 ABŞ-lı, 7 Alman, 6 İngilis, 4 Norveçli, 4 İsveçli, 3 Yeni Zelandiyalı, 3 Fəsli, 3 İordaniyalı, 3 Polyak, 3 Portuqal, 3 Meksikalı, 2 Küveytli, 2 Kolumbiyalı, 2 Arjantinli, 2 İsveçrəli, 1 Çex, 1 Moritaniyalı, 1 Avstriyalı, 1 Bolqar, 1 Avstraliyalı, 1 Serb, 1 Belçikalı, 1 Bahraynlı, 1 Danimarkalı, 1 Hollandiya, 1 Finlandiyalı, 1 Cənubi Afrikalı və 1 Slovakyalı."- deyə Abukeshek qeyd edib.
Abukeshek, İsrailin hücumları səbəbindən insanların küçələrə çıxdığını gördüklərini vurğulayaraq, "Bu, həm də (İsrailin hücumlarına qarşı) hərəkətə keçən bütün şəhərlər üçün bir nida səsidir." deyib.