BAKI,AzerVoice
İspaniyanın Daxili İşlər Nazirliyi, İsrailin IMI Systems Ltd şirkəti ilə 6,6 milyon avro dəyərində patron tədarükünə dair bağlanmış müqaviləni rəsmən ləğv edib. Müqavilə ölkənin Gənclər Qvardiyası üçün sursat alımını nəzərdə tuturdu.
Madriddə hökumət həmçinin bəyan edib ki, İsrailin işğal etdiyi Fələstin torpaqlarından İspaniyaya idxal olunan məhsul və xidmətləri reklam edən şirkətlərə qarşı araşdırma aparılacaq.
ABŞ gəmilərinə tranzit qadağası
Bundan əlavə, İspaniya ABŞ-ın İsrailə silah daşıyan gəmilərinin öz hərbi bazaları üzərindən tranzitinə qadağa qoyub. Xatırladaq ki, bundan əvvəl İspaniya Nazirlər Şurası İsrailə silah ixracına hüquqi qüvvəsi olan embargo qərarı qəbul etmişdi.