Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Eczacıbaşı Holdingin İdarə Heyətinin sədri ilə görüş keçirilib

    9 Fevral 2026 21:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədri ilə görüşdə şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub.

    AzerVoice xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşüb.

    Görüşdə Azərbaycan-Türkiyə strateji əməkdaşlığının bu gün ən yüksək zirvədə olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq da yüksələn xətlə inkişaf edir. Biznes dairələrinin sıx birgə fəaliyyəti qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə, ölkələrimiz arasında ticarətin və investisiya qoyuluşunun artmasına töhfə verir.

    "Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədrinə Azərbaycan iqtisadiyyatı, ölkəmizin əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad olunmuş ərazilərin işgüzar potensialı, sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib.

    Görüş zamanı ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələr üzrə Azərbaycanda potensial fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, “Eczacıbaşı Holding” Türkiyənin səhiyyə, tikinti materialları, istehlak malları, təbii resurslar, maliyyə və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. 1942-ci ildə təsis edilmiş qrupa 50-dən çox şirkət daxildir. Şirkət 120-dən çox ölkədə fəaliyyət göstərir.

    Eczacıbaşı Holdingin İdarə Heyətinin sədri ilə görüş keçirilib
    Eczacıbaşı Holdingin İdarə Heyətinin sədri ilə görüş keçirilib
    #Mikayıl Cabbarov Bülent Eczacıbaşı ilə görüşdü #Eczacıbaşı Holding Azərbaycana investisiya yatıra bilər #Bakıda mühüm görüş: Türk nəhəngi ilə əməkdaşlıq müzakirə edildi #İqtisadiyyat Nazirliyində Eczacıbaşı Holding rəhbəri ilə müzakirələr #Türkiyənin dev şirkəti Azərbaycan bazarına maraq göstərir #Qarabağın biznes potensialı Eczacıbaşıya təqdim olundu #Bakan Mikayıl Cabbarov #Bülent Eczacıbaşı ile bir araya geldi #Eczacıbaşı Holding Azerbaycan'da yeni yatırım fırsatlarını değerlendiriyor #Bakü'de stratejik zirve: Eczacıbaşı ile sanayi ve sağlık iş birliği #Azerbaycan ekonomisinde Türk imzası: Eczacıbaşı Holding görüşmesi #Bülent Eczacıbaşı’na Karabağ’ın yatırım potansiyeli anlatıldı #Azerbaycan ve Eczacıbaşı Holding arasında iş birliği köprüsü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Eczacıbaşı Holdingin İdarə Heyətinin sədri ilə görüş keçirilib

    9 Fevral 2026 21:48

    Azərbaycan Türkiyə şirkəti ilə biznes imkanlarını müzakirə etdi

    9 Fevral 2026 17:48

    Yanvar ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    9 Fevral 2026 17:41

    Sabiha Gökçen Hava Limanında rekord artım: yanvar ayında 4 milyondan çox sərnişin

    9 Fevral 2026 16:22

    Azad edilmiş 4 kəndin su və kanalizasiya sisteminin tikintisi üzrə 7,3 milyon manatlıq işlərə başlanılır

    9 Fevral 2026 15:16

    Türkiyə-Azərbaycan polad ticarətində azalma qeydə alınıb

    9 Fevral 2026 12:51

    Keçən il Türkiyənin İskenderun limanı 61 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    9 Fevral 2026 10:10

    Yanvar ayında Türkiyədən Azərbaycana sement ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    9 Fevral 2026 09:09

    Yanvar ayında Türkiyədən Fransaya mebel ixracı 21 milyon dolları keçib (ÖZƏL)

    8 Fevral 2026 17:00

    Keçən il Türkiyənin Aliağa limanı 72 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 16:00

    Keçən il Türkiyənin Gemlik limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 14:00

    Türkiyədə yeni inzibati bina tikintisi üçün tender elan edilib

    8 Fevral 2026 13:30
    Demo
    XƏBƏR LENTİ

    Britaniya şəhzadəsi Səudiyyə Ərəbistanına səfər edib

    Liviya sahillərində miqrantları daşıyan qayıq batıb

    "Əl-Camaa əl-İslamiyyə" partiyası rəhbəri İsrail xüsusi təyyinatlıları tərəfindən qaçırılıb

    100 min dollarlıq "Canavar": Tangier Orange Silverado təqdim edildi

    Uranın zənginləşdirilməsi sanksiyaların ləğvi müqabilində azaldıla bilər - Tehran

    Eczacıbaşı Holdingin İdarə Heyətinin sədri ilə görüş keçirilib

    Xamenei regional müharibə barədə xəbərdarlıq edib

    Prezident İlham Əliyev: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq

    Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir

    TRIPP regional və qlobal əhəmiyyətə malik olacaq - Paşinyan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.