Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qüds və Eylatdakı hədəflər vuruldu - Husilər

    10 Sentyabr 2025 10:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Yəməndəki “Ənsar Allah” hərəkatı (husilər), Eylat, Ramon Hava Limanı və işğal altındakı Qüds bölgələrindəki “həssas və həyati” hədəflərə qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirdiklərini açıqlayıblar.

    AzerVoice xəbər verir ki, İranın dəstəklədiyi Yəmən husilərinin hərbi sözçüsü Yahya Səri ABŞ mərkəzli X sosial media platformasındakı hesabında və televiziyada yayımlanan açıqlamasında məsələ ilə bağlı məlumat verib.

    Sözcü Səri bildirib ki, husilərə bağlı silahlı qüvvələrin raket qüvvələri işğal altındakı Qüds ətrafındakı həssas hədəfləri vurmaq üçün çoxsaylı döyüş başlıqlarına malik olan “Fələstin 2” adlı hipersəs ballistik raketi ilə hərbi əməliyyat həyata keçirib.

    “Əməliyyat uğurla məqsədinə çatdı və milyonlarla işğalçı sionist dəstəsinin sığınacaqlara qaçmasına səbəb oldu.” - deyə Səri qeyd edib.

    O, həmçinin İsrailin cənubundakı Umm ər-Rəşraş (Eylat) bölgəsində yerləşən Ramon Hava Limanı və iki həyati hədəfə qarşı 3 pilotsuz uçuş aparatı (PUA) ilə uğurlu hərbi əməliyyat keçirdiklərini də əlavə edib.

    Səri bildirib ki, bu hücumlar İsrailin Qəzzada fələstinlilərə qarşı törətdiyi soyqırım və aclıq cinayətlərinə, həmçinin Yəmənə etdiyi hücumlara cavab olaraq həyata keçirilib. O qeyd edib ki, Qəzzaya qarşı hücumlar dayandırılmayana və blokada aradan qaldırılmayana qədər İsrailə qarşı əməliyyatlar davam etdiriləcək.

    Qeyd edək ki, İsrail ordusu isə dünən Qətərdəki Həmas danışıqlar heyətinə edilən hücumdan bir neçə saat sonra Yəməndən atılan bir ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

    İsrail mediası isə xəbər verir ki, Təl-Əviv rəhbərliyi 18 martda Qəzzada atəşkəs razılaşmasını pozaraq hücumlara yenidən başladıqdan bu yana husilər ümumilikdə 81 ballistik raket və 35 pilotsuz uçuş aparatı atıblar.

    #Husilər #Yəməndə Husiilər 2025 #Husilərin ideologiyası #Husilər və İran əlaqələri #Husilər və beynəlxalq ticarət #Husilər və ABŞ münasibətləri #Husilər və regional geosiyasət #Husilərin hərbi strategiyası #Husilər kimlərdir və Yəməndə necə hakimiyyətə gəldilər? #Husilər Yəmənin sabitliyini necə pozurlar? #ABŞ-ın Yəməndə Husilərə hücumu #Yəmən husiləri İsrail hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və ABŞ Yəməndə Husi liderinə sui-qəsd həyata keçirib

    16 Oktyabr 2025 20:36

    Husilərin istismar müddəti başa çatırmı?

    12 Oktyabr 2025 09:35

    Yəmən müharibəsində qalib yoxdur

    9 Oktyabr 2025 18:00

    Yəmən Tel-Əvivə raket zərbələri endirib

    29 Sentyabr 2025 14:29

    Yəmən Ordusu İsrailə ballistik raket zərbələri endirib

    26 Sentyabr 2025 11:33

    İsrailin Yəmənə hava hücumu: 9 ölü, 174 yaralı

    26 Sentyabr 2025 10:34

    Yəməndən atılan PUA İsrailin Eylat şəhərinə düşdü: 20 yaralı

    24 Sentyabr 2025 21:11

    Yəmən ordusu Tel-Əvivi ballistik raketlə vurdu

    13 Sentyabr 2025 14:07

    Yəmən İsrailin hərbi hədəflərinə ballistik raket və dronlarla hücum edib

    12 Sentyabr 2025 11:26

    İsrailin Yəməndəki hava hücumlarında ölənlərin sayı 46-ya çatıb

    12 Sentyabr 2025 09:08

    İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirilib - Husilər

    11 Sentyabr 2025 21:52

    BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası təxirə salınıb

    10 Sentyabr 2025 21:57
    Demo
    XƏBƏR LENTİ

    Amerika cinayət imperiyasının gizli idarəçiləri

    Zəfər xronikası. 27 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdədə törətdiyi terrorlar bağlı paylaşım edib

    44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr

    Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan beş il ötür

    Tarixdə bu gün - 27 oktyabr

    Kolonial Amerikada Din

    Şimali Amerikanın yerli xalqları və Avropa yalanları

    Müharibənin adları dəyişir, mahiyyəti eyni qalır: döyüşün yeni doktrinası

    Nəsrullahın son istəyi və Tehranın susqunluğu

    XX əsr sənətinin simvolu - Pablo Pikasso

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.