Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada aclıqdan ölənlərin sayı 332-ə yüksəlib

    30 Avqust 2025 13:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücumları və blokadası səbəbindən qıtlıq yaşayan Qəzza Zolağında son 24 saat ərzində, 3-ü uşaq olmaqla 10 nəfər daha aclıqdan həyatını itirib, 2023-cü il oktyabrın 7 -dən bu yana aclıq səbəbindən ölənlərin sayı 332-yə yüksəlib.

    AzerVoice xəbər verir ki, Qəzza Sağlıq Nazirliyi yazılı açıqlamasında, aclıqdan həyatını itirənlər barədə son məlumatları təqdim edib.

    Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnkişaf etmiş Qida Təhlükəsizliyi Səviyyəsi (IPC) tərəfindən yayımlanan son hesabatda, "15 avqust 2025-ci il tarixində Qəzza şəhərindəki aclığın 'fəlakət səviyyəsi' adlanan 5-ci səviyyəyə çatdığı və bunun sübutlarla təsdiqləndiyi" bildirilib.

    IPC-nin hesabatında, "22 aylıq amansız müharibələrdən sonra Qəzza Zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölüm şəraiti ilə üzləşib" ifadəsi yer alıb.

    Qeyd edək ki, İsrailin əsasən Qəzza zolağının şimalı olmaqla müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 4 fələstinli həlak olub.

    Xəstəxana mənbələri və hadisə şahidlərinin verdiyi məlumata görə, İsrailin Qəzza şəhərini işğal planı çərçivəsində Zeytun və Şeyx Ridvan məhəllələri başda olmaqla bir çox əraziyə intensiv hücumlar həyata keçirilib.

    İsrail döyüş təyyarələri Qəzzanın şimalındakı əl-Kərame məhəlləsində bir evi hədəfə alıb. Hücumda bir ana və uşağı həlak olub, 2 nəfər isə yaralanıb.

    İsrailin Qəzza şəhərindəki əl-Vahdə küçəsində başqa bir evi hədəf aldığı hücumda bir fələstinli qadın həyatını itirib.

    Digər tərəfdən, Qəzza şəhərində yaşayan insanlar Zeytun və Şeyx Ridvan məhəllələri və onların ətrafında baş verən güclü partlayış və silah səsləri altında qorxu dolu bir gecə keçiriblər.

    İsrailin "I24NEWS" kanalı İsrail ordusunun bölgədə irəlilədiyini, hava və ağır artilleriya atəşi ilə hücumlar təşkil etdiyini, Qəzza şəhərinin kənar hissələrində şiddətli döyüşlərin baş verdiyini qeyd edib.

    Bəzi sosial media hesablarında Qəzza zolağında İsrail əsgərlərinin ölümü ilə nəticələnən bir sıra "çətin" təhlükəsizlik hadisələri ilə bağlı xəbərlərin paylaşılmasına davam edilir.

    Beynəlxalq mənbələrin bildirdiyinə görə, İsrail, fələstinli qrupların hücumları nəticəsində baş verən itkilərlə bağlı mediaya ciddi hərbi senzura tətbiq edir. Bu addımın səbəblərindən biri də ictimaiyyətin mənəviyyatını qorumağa yönəlik səylərdir.

    Bəzi xəbərlərdə dörd İsrail əsgərinin fələstinli qruplar tərəfindən əsir alındığı və ordunun "Hannibal Protokolu"nu işə sala biləcəyi ilə bağlı narahatlıqların artdığı qeyd olunur.

    Hannibal Protokolu, əsirlərin xilas edilməsi mümkün olmadıqda, onları əsir alanlarla birlikdə məhv edilməsini nəzərdə tutur.

    Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərinin Salahəddin küçəsini hədəfə alan İsrail hücumunda bir fələstinli həlak olub, çox sayda insan yaralanıb.

    Qəzza zolağının cənubundakı Xan Yunusun şimal-qərbində yerləşən Asda bölgəsində isə İsrail hərbi texnikasından məcburi köçkünlərin çadırlarına atəş açılması nəticəsində bir fələstinli ağır yaralanıb.

    İsrailin Qəzza zolağındakı fələstinlilərə qarşı təxminən iki ildir davam edən soyqırımının əsas mərhələlərindən biri olan Qəzza şəhərini işğal etmə cəhdi dünən etibarilə rəsmi olaraq başlanmışdı.

    İsrail hökuməti 8 avqust tarixində, Baş nazir Benyamin Netanyahu tərəfindən irəli sürülən və Qəzza şəhərindən başlayaraq bütün Qəzza zolağını mərhələli şəkildə yenidən işğal etməyi hədəfləyən planı təsdiqləmişdi.

    #Qəzza #Qəzza zolağı #aclıq #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    21 Dekabr 2025 13:12

    Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

    20 Dekabr 2025 16:16

    ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb

    19 Dekabr 2025 16:01

    İsrail ordusu Qəzza Zolağını hava hücumları təşkil edib

    19 Dekabr 2025 12:40

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    18 Dekabr 2025 11:30

    Qəzzada humanitar böhran dərinləşir soyuqdan ölənlərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 14:15

    İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

    17 Dekabr 2025 10:20

    Qəzzada soyuqdan bir körpə daha həlak olub

    16 Dekabr 2025 15:54

    Hakan Fidan və Tom Barak Ankarada Suriya və Qəzza məsələlərini müzakirə edib

    16 Dekabr 2025 15:27

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    15 Dekabr 2025 17:52

    Qəzzanın bərpası üçün 70 milyard dollar tələb olunur

    15 Dekabr 2025 12:53
    Demo
    XƏBƏR LENTİ

    İraqda mümkün İsrail zərbələri: silahlanma böhranı dərinləşir

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    Türkiyənin İskenderun limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

    Türkiyədən Fransaya avtomobil ixracı artıb (ÖZƏL)

    Kamboca və Tailand sərhədində döyüşlər səbəbindən təxliyələr davam edir

    Ford ABŞ-də 270 mindən çox elektrik və hibrid avtomobilini geri çağırır

    İranlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.