Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada həyatını itirənlərin sayı 63 minə çatır

    27 Avqust 2025 17:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 76 nəfər artaraq 62 min 895 nəfərə çatıb.

    AzerVoice xəbər verir ki, Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar açıqlanıb.

    Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 76 nəfərin nəəşi və 298 yaralı çatdırılıb.

    İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bəri davam etdirdiyi hücumlar zamanı 11 min 50 fələstinlinin həyatını itirdiyi, 46 min 886 nəfərin isə yaralandığı bildirilib.

    Son 24 saatda humanitar yardım gözləyən insanlara qarşı həyata keçirilən hücumlarda 18 fələstinli həyatını itirib, 106 nəfər isə yaralanıb.

    İsrail və ABŞ tərəfindən yönləndirilən yardım bölgələrində fələstinlilərin hədəf alındığı sistemli hücumlar nəticəsində 27 maydan bu yana ölənlərin sayı 2 min 158, yaralananların sayı isə 15 min 843 nəfərə çatıb.

    Ümumilikdə, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına etdiyi hücumlarda həyatını itirənlərin sayı 62 min 895, yaralananların sayı isə 158 min 927 nəfər olaraq açıqlanıb.

    Qəzza zolağında uçurulmuş binaların dağıntıları altında hələ də minlərlə meyitin olduğu bildirilir.

    Bundan əlavə, İsrailin sərhəd keçidlərini bağlayaraq yardım girişini məhdudlaşdırması nəticəsində aclığa sürüklənən Qəzzədə son 24 saat ərzində 10 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, 7 oktyabrdan bu yana aclıqdan ölənlərin ümumi sayının 119-si uşaq olmaqla 313 nəfərə çatdığı vurğulanıb.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Fələstinlilərin məcburi köçü #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Fələstin soyqırımı #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Fələstin məsələsi #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Donald Tramp və Qəzza planı #Qəzza və Livanda AI texnologiyaları #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Hizbullah və Qəzza həmrəyliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12
    XƏBƏR LENTİ

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.