Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailin hücumları nəticəsində Qəzzada yaranan dağıntılar havadan görüntüləndi

    27 Avqust 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    2023-cü il 7 oktyabrdan bu yana İsrailin Qəzza zolağına davamlı şəkildə həyata keçirdiyi intensiv hücumlar nəticəsində yaranan ağır dağıntılar havadan görüntülənib.

    AzerVoice xəbər verir ki, görüntülər Qəzzaya havadan humanitar yardım atan bir təyyarədən çəkilib və Amerikanın X (əvvəlki Twitter) sosial media platformasında paylaşılıb.

    Kadrlarda, 22 aya yaxındır davam edən İsrail hücumlarının yaratdığı böyük miqyaslı dağıntı və xarabalıqlar diqqət çəkir. Qəzzanın şimalında yerləşən Beyt Hanun və Beyt Lahiyə bölgələrində demək olar ki, ayaqda qalan bina qalmayıb.

    Eyni şəkildə, Cibaliya bölgəsində də vəziyyət son dərəcə ağırdır. Görüntülərdə həyat əlamətinin qalmadığı bu bölgənin tamamilə boz tonlara büründüyü müşahidə olunur.

    Qəzza şəhər mərkəzinə gəlindikdə isə, İsrail hücumlarından sonra ağır zədələnmiş binalar və zorla yerindən edilən fələstinlilərin sığındığı yüzlərlə çadır nəzərə çarpır.

    İsrailin hücumları, xüsusilə Qəzzanın şimal hissələrində kütləvi dağıntılara səbəb olub.

    Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 160 min yaşayış evi tamamilə dağıdılıb, 276 min ev isə ya ciddi şəkildə, ya da qismən zədələnib.

    Bu rəqəmlər Qəzza zolağındakı evlərin 92 faizinin ya tamamilə məhv edildiyini, ya da yaşanılmaz hala düşdüyünü göstərir.

    Bundan əlavə, çox sayda İsrail əsgəri 7 oktyabrdan bu yana fələstinlilərə məxsus evlərin iş maşınları ilə dağıdılması görüntülərini şəxsi sosial media hesablarında yayımlayıb.

    İsrail ordusunda xidmət edən haham Avraham Zerbib isə yerli televiziyada qatıldığı bir proqramda Qəzzada fələstinlilərin evlərini dağıtdığını fəxrlə danışıb. O, orduda xidmət etdiyi dövrdə Qəzzada həftədə təxminən 50 evi dağıtdığını, bu evlərin çoxunun çoxmərtəbəli olduğunu və iki mərtəbəli evin belə onu qane etmədiyini bildirib.

    #Qəzza #Qəzza zolağı #aclıq #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Qəzzada aclıq və resurs çatışmazlığı #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57
    XƏBƏR LENTİ

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.