Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailli nazir Əl-Əqsanı hədəfə alıb

    25 Avqust 2025 17:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İsrailin maliyyə naziri Bezalel Smotrich Əl-Əqsa məscidinin yerində Süleyman məbədinin tikintisi üçün maliyyə dəstəyi təklif edib.

    AzerVoice xəbər verir ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich Qərbi Qüdsdəki Beynəlxalq Konqres Mərkəzində keçirilən tədbirdə Qüds meri Moşe Liona işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinin yerində Süleyman məbədinin tikintisi üçün pul vəd edib. Smotrich minlərlə insanın qarşısında gülərək, “Mən sənə pul verəcəm, sən isə Məbədi tikəcəksən,” deyib. Buna cavab olaraq Lion, Smotrich-i “Yerusəlimin indiyə qədərki ən yaxşı maliyyə naziri” adlandırıb.

    Bu açıqlama İsrailin Məbəd dağı ilə bağlı siyasətində dəyişiklik müzakirələrinin getdiyi həssas bir dövrdə səslənib. Eyni zamanda, milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin də daxil olduğu bəzi nazirlərin Məscidül-Əqsaya prosedurları pozaraq daxil olmaları və orada dua etmələri gərginliyi daha da artırıb. Fələstinlilər bu hərəkətləri Şərqi Qüdsün yəhudiləşdirilməsi və ərəb-islam kimliyinin silinməsi cəhdi kimi qiymətləndirir.

    Qeyd edək ki, İsrailin 2003-cü ildən bəri fanatik yəhudi qruplarına Əl-Əqsa məscidinə basqın etməyə icazə verməsi və bu basqınların artması müsəlman aləmində ciddi narahatlıq doğurub, çünki Əl-Əqsa müsəlmanlar üçün müqəddəs bir məkandır və Şərqi Qüds beynəlxalq qətnamələrə əsasən Fələstin dövlətinin paytaxtı kimi qəbul edilir.

    #İsrail #Fələstin #QÜDS #Əl-Əqsa #Ben Qvir #Məscidül-Əqsa #Betsalel Smotriç planları #İsrailin Məscidül-Əqsaya məhdudiyyətləri #Məscidül-Əqsaya basqın #Məscidül-Əqsaya məhdudiyyətlər #Betsalel Smotriç
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    Qəzzada saxlanılan son israilli əsirin cəsədi tapılıb

    26 Yanvar 2026 18:28

    İsrailin xarici işlər naziri Bakıda dini tolerantlığı vurğulayıb

    26 Yanvar 2026 12:45

    Ceyhun Bayramov ilə israilli həmkarı arasında təkbətək görüş keçirilir

    26 Yanvar 2026 12:45

    Dəməşq ABŞ-ın dəstəyi ilə Süveydaya nəzarəti gücləndirməyə hazırlaşır

    26 Yanvar 2026 11:42

    UNRWA-nın Şərqi Qüdsdəki qərargahı yandırılıb

    26 Yanvar 2026 10:03

    ABŞ-nin İrana mümkün hücumu fonunda İsrail ordusu hazırlıq vəziyyətini gücləndirib - İsrailli general

    26 Yanvar 2026 09:18

    Bilal Ərdoğan da daxil olmaqla 29 Türkiyə vətəndaşının ölkəyə girişi qadağan edilib - İsrail mediası

    24 Yanvar 2026 09:18

    Yunanıstan Türkiyə sərhədini İsrail raketləri ilə qorumağa hazırlaşır

    22 Yanvar 2026 09:45

    İsrail Livanın cənubuna hava zərbələri endirib

    21 Yanvar 2026 14:30

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Prezident İlham Əliyev Davosda İsrail Dövlətinin Prezidenti ilə görüşüb

    21 Yanvar 2026 13:44
    Demo
    XƏBƏR LENTİ

    2026-cı ildə dünyanın ən güclü tank orduları açıqlanıb

    Bu gün Mahatma Qandi qətlə yetirildi

    Tarixdə bu gün - 30 yanvar

    Azərbaycanın hava məkanı İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək - Ceyhun Bayramov

    Türkiyənin İzmit neft emalı zavodunda partlayış baş verib

    İran SEPAH-ın terror siyahısına salmasını riyakarlıq adlandırıb

    ABŞ-ın Yaxın Şərqdəki döyüş gəmilərinin sayı ona çatıb - Tramp İrana qarşı təzyiqləri gücləndirir

    Tramp Putindən atəşkəs pauzası istəyib – Ukrayna şəhərlərinə zərbələr müvəqqəti dayandırıla bilər

    Rusiya İrandakı Atom Elektrik Stansiyasını təxliyə edə bilər

    Ərdoğan və Özbəkistan Prezidenti birgə mətbuat konfransında çıxış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.