Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailin Qəzzaya hücumlarında həlak olanların sayı 62 min nəfərə çatır

    17 Avqust 2025 20:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına davam etdirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saat ərzində 47 nəfər artaraq 61 min 944-ə yüksəlib.

    AzerVoice xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda bölgədəki xəstəxanalara 47 şəhidin və 226 yaralının gətirildiyi bildirilib.

    İsrail ordusunun 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan etibarən yenidən başladığı hücumlarda indiyə qədər 10 min 400 Fələstinli həyatını itirib, 43 min 845 nəfər isə yaralanıb.

    Son 24 saatda Qəzzada humanitar yardım üçün gözləyən mülki şəxslərə edilən hücumlarda 14 nəfər öldürülüb, 132 nəfər yaralanıb. Bu hücumların, 27 maydan bu yana ABŞ və İsrailin nəzarətində fəaliyyət göstərən “Qəzza Humanitar Yardım Fondu” tərəfindən qurulan yardım bölgələrində Fələstinlilərə qarşı sistemli şəkildə həyata keçirildiyi bildirilib.

    Bu çərçivədə, yardım nöqtələrində öldürülənlərin ümumi sayı 1898-ə, yaralananların sayı isə 14 min 113-ə çatıb.

    İsrailin 7 oktyabr 2023-dən bəri Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlar nəticəsində ümumi ölənlərin sayı 61 min 944, yaralıların sayı isə 155 min 886 nəfərə yüksəlib.

    Qəzzada hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı qeyd olunur.

    Bundan əlavə, İsrailin sərhəd qapılarını bağlayaraq və yardım girişini məhdudlaşdıraraq Qəzzanı aclığa məruz qoyduğu vurğulanıb. Son 24 saatda 2-si uşaq olmaqla 5 Fələstinli aclıqdan həyatını itirib. Beləliklə, 7 oktyabrdan bu yana aclıq səbəbilə ölənlərin sayı 110-u uşaq olmaqla 258-ə çatıb.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Fələstin Səhiyyə Nazirliyi #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin torpaqlarını işğalı #İsrailin Fələstin siyasəti #Fələstin-İsrail münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57
    XƏBƏR LENTİ

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Prezident İlham Əliyev: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.