Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzaya havadan atılan yardım ölüm hallarına səbəb olur

    6 Avqust 2025 20:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov – Qəzza zolağına havadan atılan yardımlar, yerindən didərgin düşən insanların sığındığı çadırların üzərinə düşərək ölüm hallarına səbəb olur.

    AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

    Bəyanatda qeyd olunub ki, İsrail havadan yardım endirmə üsulunu “qarışıqlıq yaratmaq vasitəsi” kimi istifadə edir.

    Bəyanatda vurğulanıb ki, İsrail bu üsulu aclıq siyasətinin bir hissəsi kimi tətbiq edir və bununla bölgədə qarışıqlıq yaratmağa, eləcə də quldur dəstələrinin yayılmasına şərait formalaşdırmağa çalışır.

    “Havadan atılan yardımlara doğru qaçan insanlar arasında yaranan izdiham ölüm hallarına gətirib çıxarır. Bəzi yardımlar birbaşa evlərin və çadırların üzərinə düşərək qadın və uşaqların həlak olmasına səbəb olub. Bu cür ölüm ən son bu gün baş verib” – deyə, bəyanatda qeyd olunub.

    Bildirilib ki, İsrailin hücumları və mühasirəsi nəticəsində aclığın hökm sürdüyü Qəzza zolağına havadan atılan yardımlar minimum ehtiyacları belə ödəyə bilmir. Bu yardım həcmi, quru yolu ilə sərhəd qapılarından gətirilən yardımla müqayisə oluna bilməyəcək qədər azdır.

    “Paraşütlə atılan yardımların mənfi təsirləri, yaratdığı qarışıqlıq və ölüm halları aclıq çəkən xalqımıza faydadan çox zərər verir” - deyə bəyanatda vurğulanıb. Nazirlik sərhəd qapılarının açılması və aclıq fəlakətinin qarşısının alınmasına çağırıb.

    Bundan əlavə, havadan yardım əməliyyatlarında iştirak edən ölkələrə bu təcrübəni yenidən nəzərdən keçirmələri tövsiyə olunub.

    Qeyd edək, İsrail ordusu yanvar ayında qüvvəyə minmiş atəşkəsdən sonra martın 18-də Qəzza zolağına qarşı hərbi əməliyatlara yenidən başlayıb.

    İsrailin 2023‑cü il oktyabrın 7-dən bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 61 min 158 fələstinli həlak olub, 151 min 442 nəfər yaralanıb.

    İsrailin mart ayında atəşkəsi pozduqdan sonra həyata keçirdiyi hücumlarda isə 9 min 654 nəfər öldürülüb, 39 min 401 nəfər yaralanıb.

    Mayın 27-dən bəri isə İsrail və ABŞ-ın təşkilatçılığı ilə “Qəzza Humanitar Yardım Fondu” adı altında yaradılan paylama məntəqələrində fələstinlilərə qarşı həyata keçirilən hücumlar nəticəsində ölənlərin sayı 1 655-ə, yaralıların sayı isə 11 min 800-ə çatıb.

    #Qəzza #İsrail #Qəzza zolağı #humanitar yardım #humanitar böhran #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Beynəlxalq humanitar yardım #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı #Qəzzada müharibədən sonrakı vəziyyət #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Humanitar yardım və diplomatiya #Qəzzədə humanitar böhran #Qəzza humanitar böhranı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Humanitar yardım layihələri #Qəzza humanitar planı #Qəzza Humanitar Fondu #Qəzzada humanitar böhran 2025 #Qəzza humanitar böhran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Netanyahu və İsrail rəsmiləri barədə həbs qərarı çıxarıb

    7 Noyabr 2025 22:59

    Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji əhəmiyyət daşıyır - Hakan Fidan

    7 Noyabr 2025 21:40

    İsrail müdafiə naziri Qəzza zolağında bütün tunellərin məhv edilməsini əmr etdi

    7 Noyabr 2025 14:48

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    Beynəlxalq sabitlik qüvvələri çox yaxın vaxtda Qəzzəyə yerləşdiriləcək - Tramp

    7 Noyabr 2025 07:15

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    İsrail Misir sərhədini bağlı hərbi zona elan etdi

    6 Noyabr 2025 16:51

    Papa XIV Leo və Mahmud Abbas Qəzzada yardım və iki dövlətli həlli müzakirə ediblər

    6 Noyabr 2025 15:49

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    5 Noyabr 2025 22:46
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 8 noyabr

    Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

    Zəfər xronikası. 8 noyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu açıqlayıb

    Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

    Azərbaycanda Zəfər Günü qeyd olunur

    Bu gün Zəfər Günüdür

    44 günlük Vətən müharibəsinin xronikası: 8 noyabr

    Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb

    Türkiyə Netanyahu və İsrail rəsmiləri barədə həbs qərarı çıxarıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.