Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    8 Dekabr 2025 22:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla İstanbulda keçirilən görüşdən sonra iki ölkə arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsi barədə mesaj verib. Liderlər ticarət həcminin 10 milyard dollara çatdırılması barədə razılığa gəlib və 16 yeni əməkdaşlıq sənədi imzalanıb.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

    Prezident Ərdoğan bildirib ki, Ankara-Budapeşt münasibətləri təkcə ikitərəfli çərçivədə yox, geniş regionda strateji sabitliyə töhfə verir.
    O, Macarıstanın Türk Dövlətləri Təşkilatına verdiyi dəstəyə görə təşəkkür edib və Avropa İttifaqında üzvlük prosesində Budapeştin mövqeyini yüksək qiymətləndirib.

    Liderlər mövcud iqtisadi dinamikanı nəzərə alaraq ticarət dövriyyəsinin 6 milyard dollardan 10 milyard dollara yüksəldilməsi barədə razılaşıb. Ərdoğan bildirib ki, mexanizmlər bu hədəfi qısa müddətdə əldə etməyə imkan verəcək.

    Görüş zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 16 müqavilə imzalanıb.
    Sənədlər hərbi hava qüvvələrindən müdafiə sənayesinə, mədəniyyətdən təhsilə, dezinformasiya ilə mübarizədən yüksək texnologiyaya qədər geniş spektri əhatə edir.

    Xüsusilə Dezinformasiyaya Qarşı Birgə Mübarizə memorandumunun imzalanması rəqəmsal təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

    Macarıstan Baş naziri Viktor Orban Azərbaycanın və Türkiyənin də daxil olduğu Türk dünyası ilə əlaqələrin Budapeşt üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
    O, Prezident Ərdoğanın Rusiya–Ukrayna münaqişəsində yeganə səmərəli vasitəçi olduğunu vurğulayaraq “Tanrı Türkiyəni qorusun” sözlərini deyib.

    Görüşdə Orta Şərq, Ukrayna və Avropa təhlükəsizlik arxitekturası daxil olmaqla regional proseslər də dəyərləndirilib. Tərəflər əməkdaşlığın həm regional sabitlik, həm də qlobal səviyyədə yeni imkanlar açdığını bildiriblər.

    #Türkiyə və Macaristan ticarət hədəfini 10 milyard dollara yüksəltdi #Erdoğan və Orban 16 yeni əməkdaşlıq sənədi imzaladı #Ankara-Budapeşt əlaqələrində strateji tərəfdaşlıq güclənir #Türkiyə-Macarıstan münasibətlərində yeni mərhələ #Erdoğan: Macaristan Türk Dünyasına böyük dəstək verir #Турция и Венгрия повышают торговый оборот до $10 млрд #Эрдоган и Орбан подписали 16 новых соглашений #Анкара и Будапешт укрепляют стратегическое партнёрство #Турция–Венгрия: новый этап сотрудничества #Эрдоган: Венгрия усиливает вклад в Тюркский мир #Türkiye and Hungary Raise Trade Target to $10 Billion #Erdoğan and Orbán Sign 16 New Cooperation Agreements #Ankara–Budapest Strategic Partnership Expands #Türkiye–Hungary Relations Enter New Phase #Erdoğan: Hungary Plays Key Role in the Turkic World
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    8 Dekabr 2025 22:43

    Türkiyə Suriya ərazi bütövlüyünü və sabitliyini dəstəkləyir - Ərdoğan

    8 Dekabr 2025 16:46

    Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 14:51

    Türkiyə sabah Türk dövlətlərinin enerji nazirlərinə ev sahibliyi edəcək

    8 Dekabr 2025 12:08

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 09:39

    Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

    7 Dekabr 2025 09:00

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    6 Dekabr 2025 20:50

    Togg noyabrda Türkiyə elektromobil bazarına liderlik edib

    6 Dekabr 2025 18:52

    HƏMAS yalnız etibarlı mülki idarəetmə qurulduqdan sonra silahsızlaşdırıla bilər - Fidan

    6 Dekabr 2025 18:31

    Hakan Fidan Dohada Qətər rəsmiləri ilə görüşüb

    6 Dekabr 2025 17:37

    Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

    6 Dekabr 2025 14:49

    Asılılıqla mübarizədə birlikdə olmalıyıq - Ərdoğan

    6 Dekabr 2025 14:05
    Demo
    XƏBƏR LENTİ

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

    Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.