Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada 100 min körpə kütləvi ölümlə üz-üzədir

    26 İyul 2025 17:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qəzza zolağındakı Fələstin hökuməti bildirib ki, İsrailin "soyqırım və aclıq" siyasəti səbəbindən uşaq qidası və qida əlavələri çatışmazlığı 100 mindən çox uşağı kütləvi ölüm riski ilə üz-üzə qoyub.

    AzerVoice xəbər verir ki, bu barədə Fələstin hökumətinin Qəzzadakı ofisindən açıqlama verilib.

    "Önümüzdəki bir neçə gündə 40 mini bir yaşından kiçik körpə də daxil olmaqla, iki yaşından kiçik 100 mindən çox uşaq kütləvi ölüm riski ilə üzləşir. Bunun səbəbi körpə qidası və qida əlavələrinin tam çatışmazlığı, sərhəd keçidlərinin bağlanması və ən elementar insan ehtiyaclarının belə təmin edilməməsidir". - deyə qeyd edilib.

    Qeyd edək ki, 100-dən çox qeyri-hökumət təşkilatı çərşənbə günü Qəzza zolağında “kütləvi aclıq” təhlükəsinin sürətlə artdığı barədə xəbərdarlıq edib. Bu arada, ABŞ hökuməti humanitar yardım üçün xüsusi “dəhliz” yaradılması məqsədilə ABŞ elçisi Stiv Uitekoffun Avropaya yollanacağını açıqlayıb.

    İsrail, 21 aydan artıq davam edən müharibə səbəbindən mühasirəyə alınmış və dağıdılmış Qəzza zolağında hökm sürən fəlakətli humanitar vəziyyətə görə beynəlxalq təzyiqlərlə üz-üzədir.

    Çərşənbə axşamı Qəzzadakı “Şəfa Tibb Kompleksi” son 72 saat ərzində 21 uşağın qidalanma çatışmazlığı və aclıq səbəbindən vəfat etdiyini açıqlayıb. BMT isə xəbərdarlıq edir: “Aclıq hər bir qapını döyür”.

    “Əl-Səfir”in məlumatına görə, “Sərhədsiz Həkimlər”, “Amnesty International”, “Oxfam International”, “Dünyanın Həkimləri” və “Caritas” kimi nüfuzlu QHT-lər də daxil olmaqla onlarla təşkilat birgə bəyanatla çıxış edərək bildirib: “Qəzzada kütləvi aclıq yayılır, həm əməkdaşlarımız, həm də yardım göstərdiyimiz insanlar əldən düşüblər”.

    QHT-lər dərhal atəşkəsin təmin olunmasını, Qəzzaya bütün quru keçidlərin açılmasını və humanitar yardımın maneəsiz daxil olmasına şərait yaradılmasını tələb ediblər.

    Bu bəyanat, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İsrail ordusunu may ayının sonundan bu yana Qəzzada yardım paylama məntəqələri yaxınlığında min nəfərdən çox insanı öldürməkdə ittiham etməsindən bir gün sonra səsləndirilib. Həlak olanların əksəriyyəti ABŞ və İsrailin dəstəklədiyi, maliyyə mənbələri qeyri-müəyyən olan “Qəzza Humanitar Fondunun” yardım məntəqələrinin yaxınlığında olublar.

    İsrail tərəfi isə HƏMAS təşkilatını fürsətdən istifadə edib yardımları ələ keçirmək və onları yüksək qiymətə satmaqda, eləcə də yardımı gözləyənlərə atəş açmaqda ittiham edir.

    İsrail rəsmiləri bölgəyə böyük miqdarda yardımın daxil olmasına imkan verdiklərini iddia etsələr də, QHT-lər bu prosesin çoxsaylı məhdudiyyətlərlə müşayiət olunduğunu vurğulayır.

    QHT-lərin birgə bəyanatında qeyd olunur: “Qəzza zolağının içində və kənarındakı anbarlarda minlərlə ton ərzaq, içməli su, dərman preparatları, sığınacaq vasitələri və yanacaq yardımı istifadəsiz qalıb. Humanitar təşkilatların bu ehtiyatlara çatmasına və bölgəyə çatdırmasına imkan verilmir.”

    Aclıq və fəlakət dərinləşir

    BMT Baş katibi Antoniu Quterreş çərşənbə axşamı bildirib ki, İsrail ilə “HƏMAS” arasında baş verən müharibənin Qəzzada yaratdığı dəhşətlər, xüsusilə ölüm sayları və genişmiqyaslı dağıntılar, “müasir tarixdə bənzəri olmayan” bir səviyyəyə çatıb.

    Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib: “Qəzzada baş verən dəhşətləri seyr etməkdən yorulduq. Belə ölüm və dağıntı səviyyəsi müasir tarixdə görünməyib. Qidalanma çatışmazlığı artır, aclıq bütün qapıları döyür.”

    Qəzza şəhərində yerləşən “Şəfa” Tibb Mərkəzinin direktoru doktor Məhəmməd Əbu Səlimiyyə təsdiqləyib ki, son 72 saatda 21 uşaq aclıq və qidalanma çatışmazlığı səbəbindən vəfat edib.

    Cənubdakı Nəsir Xəstəxanasında isə Fransız mətbuat agentliyi valideynlərin aclıqdan vəfat etmiş 14 yaşlı oğulları Əbdülcəvad əl-Cəlləbanın cəsədi üzərində ağladığı görüntüləri yayıb. Cəsəd ağ rəngli kisədə sarılmış halda görüntülənib.

    ABŞ humanitar dəhliz üçün təşəbbüsə başlayır

    Bu çərçivədə ABŞ çərşənbə axşamı bəyan edib ki, elçi Stiv Uitkoff Avropaya yola düşəcək və Qəzza üçün nəzərdə tutulan humanitar yardım dəhlizi ilə bağlı yekun danışıqlar aparacaq.

    ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brüs jurnalistlərə açıqlamasında deyib: “Uitkoff bölgəyə yollanacaq və ümid edir ki, yeni atəşkəs və yardım dəhlizi planı irəli sürüləcək. Hər iki tərəf bu ideyaya müsbət yanaşır.”

    Danışıqlarda irəliləyiş yoxdur

    21 aydan çoxdur davam edən müharibə fonunda İsrail, HƏMAS-ın 2007-ci ildən bəri nəzarət etdiyi Qəzza zolağında gündəlik bombardmanlarını davam etdirir.

    #Fələstin #Qəzza zolağı #Fələstin Səhiyyə Nazirliyi #uşaq ölümü #fələstin bayrağı #Qəzza hücumu #Qəzzanın yenidən qurulması #Uşaq ölümü Qəzza #Qəzzada infrastruktur yeniləmələri #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzzada uşaq ölümü #Qəzza aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42
    XƏBƏR LENTİ

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Xocalı, Hadrut və Qırmızı Bazara köç karvanları yola salındı

    Türkiyə limanları ilə 2 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    Yanvarda Türkiyənin Özbəkistana xalça ixracında kəskin artım (ÖZƏL)

    Prezident İlham Əliyev: Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

    Prezident İlham Əliyev Gitanas Nausedanı təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.