Əsas səhifə » İraqda ticarət mərkəzində dəhşətli yanğın: 50 nəfər ölüb

İraqda ticarət mərkəzində dəhşətli yanğın: 50 nəfər ölüb

BAKI, AzerVoice

İraqın şərqində yerləşən Əl-Kut şəhərindəki beşmərtəbəli ticarət mərkəzində baş vermiş güclü yanğın nəticəsində azı 50 nəfər həyatını itirib.

AzerVoice xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə alovlara bürünmüş binaya yanğınsöndürənlərin müdaxilə etdiyi görünür.

Hazırda hadisənin səbəbləri araşdırılır. Rəsmilər ilkin istintaq nəticələrinin 48 saat ərzində açıqlanacağını bildiriblər.

Qubernatorun açıqlamasına görə, faciə ilə bağlı ticarət mərkəzinin sahibi barəsində hüquqi tədbirlərin görülməsi üçün müvafiq orqanlara göstəriş verilib.

Xatırladaq ki, Əl-Kut şəhəri İraqın paytaxtı Bağdaddan 160 kilometr cənub-şərqdə yerləşir və Vasit vilayətinin inzibati mərkəzidir. Hadisə ölkədə ictimai təhlükəsizlik və obyektlərin yanğına qarşı dayanıqlığı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Digər Kateqoriyalar

2025 © Azervoice