Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailin sabiq baş naziri Bennet Netanyahunu istefaya çağırdı

    29 İyun 2025 10:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin keçmiş baş naziri Naftali Bennet, hazırkı baş nazir Benyamin Netanyahunun vəzifəsini tərk etməli olduğunu deyib və onun ölkəni idarə etmə tərzini “fəlakətli” adlandırıb.

    “Netanyahu artıq 20 ildir ki, hakimiyyətdədir... Bu, həddindən artıq uzun müddətdir. Bu, doğru deyil.İsrail cəmiyyətindəki parçalanmanın əsas məsuliyyətini daşıyır” və “vəzifədən getməlidir”-deyə o bildirib.

    Qeyd edək ki, Naftali Bennet 2021-ci ildə “Yeni Sağ” partiyasının lideri kimi Netanyahunu 12 illik fasiləsiz iqtidardan uzaqlaşdırmağa müvəffəq olmuşdu. Lakin onun müxalifət lideri Yair Lapidlə qurduğu zəif koalisiya hökuməti cəmi bir il davam edə bildi.

    Bennet həmin uğursuz koalisiyadan sonra keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmədi. Bu seçkilər nəticəsində Netanyahunun rəhbərlik etdiyi sağçı və ultra-ortodoks partiyalar hakimiyyətə qayıtdı.

    Lakin son aylarda Bennetin siyasətə qayıtmağa hazırlaşdığı müşahidə olunur. AFP -nin məlumatına görə, bir sıra rəy sorğuları Bennetin mümkün seçkilər zamanı Netanyahunu məğlub edə biləcək durumda olduğunu göstərir.

    Müsahibəsi zamanı Bennet İranla son münaqişəyə dair geniş fikir bildirib. O qeyd edib ki, Tehrana qarşı həyata keçirilmiş hücum “çox yaxşı” və “zəruri” qərar olub. Bennet vurğulayıb ki, həmin hücum onun 2021-ci ilin iyun ayında baş nazir olduğu dövrdə atdığı strateji addımlara əsaslanıb.

    Qəzza ilə bağlı müharibəyə toxunan Bennet bildirib ki, 7 oktyabr 2023-cü ildə “HƏMAS” tərəfindən həyata keçirilmiş görünməmiş hücumdan sonra İsrail ordusunun Qəzzadakı fəaliyyəti “fövqəladə” olub. Lakin o, ölkənin siyasi rəhbərliyinin bu müharibəni idarə etmə tərzini “fəlakətli” adlandırıb.

    Bennet hökumətin qərar qəbul etməkdə aciz olduğunu vurğulayaraq, Qəzzada girov götürülən bütün israillilərin azad edilməsini təmin edəcək “ümumi razılaşmaya dərhal nail olunmasını” təklif edib. O əlavə edib ki, HƏMAS-ın tamamilə məhv edilməsi məsələsi gələcək hökumətin məsuliyyətinə buraxılmalıdır.

    Seçkilərlə bağlı suallara cavab verməkdən yayınan Bennet bildirib ki, o “hələlik namizədlər siyahısı hazırlamır”.

    Qeyd edək ki, İsrail parlamentinin hazırkı çağırışı 2026-cı ilin noyabrında başa çatır. Lakin bu tarixdən əvvəl növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı qalır.

    #Qəzza #İsrail #İran #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #İsrail və HƏMAS müharibəsi #İsrail-İran münaqişəsi #Netanyahu 7 Oktyabr istintaqı #İran və İsrail qarşıdurması #Naftali Bennett
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    10 Dekabr 2025 15:30

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    10 Dekabr 2025 13:02

    İran, Çin və Səudiyyə Ərəbistanı Tehranda üçtərəfli görüşdə regional əməkdaşlığı müzakirə edib

    10 Dekabr 2025 10:40

    Türkiyədən İrana hazır geyim ixracı 22 milyon dolları keçib (ÖZƏL)

    9 Dekabr 2025 15:50

    İran nüvə proqramını davam etdirəcək və MAQATE çərçivələrinə riayət edəcək

    9 Dekabr 2025 14:34

    İsrailin Qəzza Zolağına hücumlarında bu il 30-a yaxın Fələstinli jurnalist həyatını itirib

    9 Dekabr 2025 11:57

    İran dronlarla yağış yaratmağa çalışır - su qıtlığı kritik həddə çatıb

    9 Dekabr 2025 11:44

    İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

    8 Dekabr 2025 14:44

    İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir

    8 Dekabr 2025 14:02

    Ağbənd-Kəlalə körpüsünün 2026-cı ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir - Ceyhun Bayramov

    8 Dekabr 2025 13:45

    Ceyhun Bayramov iranlı həmkarı ilə Şərqi Zəngəzur və Naxçıvan MR arasında nəqliyyat layihələrini müzakirə edib

    8 Dekabr 2025 13:15

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    7 Dekabr 2025 20:02
    Demo
    XƏBƏR LENTİ

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    Azərbaycan və Özbəkistan arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb

    Ərdoğan Türkmənistana səfər edəcək

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri arasında görüş keçirilib

    Türkiyədən Qətərə avtomobil ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    Adnan Menderes hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.