BAKI, AzerVoice
ABŞ-ın İranın Nətənz nüvə obyektinə endirdiyi hava zərbələri yerli çirklənməyə səbəb ola bilərdi.
AzerVoice xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bəyanatında deyilir.
Agentliyin qiymətləndirməsinə görə, zərbələr əvvəllər həm uranın zənginləşdirilməsi, həm də materialların saxlanılması üçün istifadə olunmuş yeraltı zalların üzərindəki əraziyə endirilib.
"BAEA hesab edir ki, bu zərbə lokal çirklənməyə və kimyəvi risklərə səbəb ola bilər" – deyə, sənəddə bildirilir.
Həmçinin qeyd olunub ki, Fordo nüvə obyektinə endirilən zərbələr nəticəsində yeraltı kompleksə aparan yollar və obyektin girişlərindən biri zədələnib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.