Əsas səhifə » İranın İsrailin cənubuna hücumu nəticəsində ölənlərin sayı artıb

İranın İsrailin cənubuna hücumu nəticəsində ölənlərin sayı artıb

BAKI, AzerVoice

İranın İsrailin cənubuna endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı artıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində dörd nəfər ölüb, 20-dən çox insan yaralanıb. Yaralananlardan ikisinin vəziyyətinin orta ağır olduğu bildirilib.

Qeyd edək ki, İran İsrailin cənubuna altı raket zərbəsi endirib. Birinci mərhələdə iki, ikinci mərhələdə isə dörd raket buraxılıb. İkinci mərhələdə atılan raketlərdən biri Bəər-Şeva şəhərindəki yaşayış evinə düşüb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice