Əsas səhifə » İsrail–İran müharibəsində atəşkəs pozuldu: Təl-Əvivdən Tehrana zərbə əmri

İsrail–İran müharibəsində atəşkəs pozuldu: Təl-Əvivdən Tehrana zərbə əmri

BAKI, AzerVoice

İsrail Müdafiə Naziri İsrael Katz, İranın atəşkəsi pozduğunu əsas gətirərək Təl-Əviv ordusuna Tehrandakı hədəflərə kütləvi zərbə endirmə əmri verib.

AzerVoice xəbər verir ki, İsrail və İran arasında davam edən müharibədə ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəsin qısaömürlü olduğu təsdiqlənib.

İsrail ordusu, atəşkəsin qüvvəyə minməsindən dərhal sonra İran tərəfindən yeni raket hücumunun həyata keçirildiyini iddia edib. Rəsmi Təl-Əviv bu hücumu atəşkəsin açıq-aşkar pozulması kimi qiymətləndirib və sərt cavab veriləcəyini bildirib.

İsrail Müdafiə Naziri Yoav Katz ordusuna Tehrandakı strateji hədəflərin intensiv şəkildə vurulması əmrini verdiyini açıqlayıb. Bu addım bölgədə gərginliyin yenidən zirvəyə yüksəldiyini göstərir.

Hazırda tərəflərdən hər biri digərini atəşkəsi pozmaqda ittiham edir. Həm Tehran, həm də Təl-Əviv qarşı tərəfin davranışından asılı olaraq cavab addımları atacaqlarını bildirirlər. Bölgədə vəziyyət son dərəcə gərgin olaraq qalır.

Digər Kateqoriyalar

2025 © Azervoice