7
BAKI, AzerVoice
İraq hakimiyyəti ölkənin hava məkanını açmaq qərarına gəlib.
AzerVoice xəbər verir ki, bu barədə İraqın Mülki Aviasiya İdarəsi məlumat yayıb.
"Vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra beynəlxalq mülki aviasiya reysləri üçün İraq səmasında uçuşlara icazə verilməsi qərara alınıb" – deyə, idarənin yaydığı açıqlamasında bildirilib.
Bundan təxminən bir saat əvvəl ölkənin cənub bölgəsində uçuşlara qoyulan məhdudiyyətlərin ləğv edildiyi elan olunmuşdu.