7
BAKI, AzerVoice
İran, Qətərlə münasibətləri gücləndirməyə hazırdır və Dohanın regionda gərginliyin azaldılmasına yönəlmiş vasitəçilik səylərini yüksək qiymətləndirir.
AzerVoice xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Qətərin Xarici İşlər Nazirliyində dövlət naziri Məhəmməd əl-Xuleyfi ilə telefon danışığı zamanı bildirib.
“Taxt-Rəvançi İranla Qətər arasındakı dostluq və möhkəm münasibətlərə işarə edərək, İranın qarşılıqlı maraqlar və xoş qonşuluq prinsipi əsasında ikitərəfli əlaqələrin davam etdirilməsi və möhkəmləndirilməsinə sadiq olduğunu təsdiqlədi” - deyə, İranın dövlət tele-radio şirkətindən bildirilib.