Əsas səhifə » Britaniyada Biotəhlükəsizlik Mərkəzinin qurulması üçün 1,35 milyard dollar sərməyə qoyulub

Britaniyada Biotəhlükəsizlik Mərkəzinin qurulması üçün 1,35 milyard dollar sərməyə qoyulub

BAKI, AzerVoice

Britaniya, yüksək riskli heyvan xəstəlikləri və digər bioloji təhdidlərin izlənməsi yolu ilə gələcəkdə baş verə biləcək pandemiyanın qarşısını almağa yönəlmiş səylərini gücləndirmək məqsədilə 1 milyard funt sterlinq (təxminən 1,35 milyard dollar) sərmayə qoyaraq Biotəhlükəsizlik Mərkəzi yaradacaq.

AzerVoice xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, hökumət bu gün bildirib ki, Biotəhlükəsizlik üzrə Milli Mərkəzin tam fəaliyyəti 2033 və ya 2034-cü ildə gözlənilir. Mərkəz Londondan cənub-qərbdə yerləşən Surrey qraflığında inşa ediləcək. Həmin ərazidə heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar artıq mövcuddur.

Yeni mərkəz, bu gün təqdim olunacaq milli təhlükəsizlik strategiyasının bir hissəsini təşkil edəcək.

Hökumətin bildirdiyinə görə, bu mərkəz düşmən dövlətlərdən gələnlər də daxil olmaqla, bioloji təhlükələr və risklərlə mübarizə aparmaq üçün yaradılacaq şəbəkənin bir hissəsi olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice