Əsas səhifə » İsraildə İranın hücumundan sonra 86 nəfər tibbi yardıma müraciət edib

İsraildə İranın hücumundan sonra 86 nəfər tibbi yardıma müraciət edib

BAKI, AzerVoice

İsrailin səhiyyə nazirliyinin məlumatına əsasən, İranın raket zərbələri nəticəsində ümumilikdə 86 nəfər tibbi yardıma müraciət edib.

AzerVoice xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Bildirilib ki, onlardan iki nəfərin vəziyyəti orta ağırdır, 77 nəfər isə ciddi xəsarət almayıb. Daha əvvəl 16 nəfərin xəsarət aldığı açıqlanmışdı.

Xatırladaq ki, İran ABŞ prezidenti Donald Trampın Fordo, Nətənz və İsfahandakı üç nüvə obyektinin ABŞ hərbi hava qüvvələri tərəfindən vurulduğunu elan etməsindən sonra İsrailə raket zərbələri endirib.

Digər Kateqoriyalar

2025 © Azervoice