BAKI, AzerVoice
Moskva, ABŞ-ın İranda yerləşən nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumları qəti şəkildə pisləyir və bu məsuliyyətsiz qərarın BMT Nizamnaməsini kobud şəkildə pozduğunu bildirir.
AzerVoice xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda yer alıb.
“Rusiya 22 iyun səhəri ABŞ tərəfindən İranda bir sıra nüvə obyektlərinə endirilmiş zərbələri qəti şəkildə pisləyir.
Suveren bir dövlətin ərazisinin raket zərbələrinə məruz qoyulması barədə məsuliyyətsiz qərar, hansı bəhanə ilə əsaslandırılsa da, beynəlxalq hüququn, BMT Nizamnaməsinin, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulmasıdır” – deyə, bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.