Əsas səhifə » Yaponiyada 5,2 bal gücündə zəlzələ olub

Yaponiyada 5,2 bal gücündə zəlzələ olub

BAKI, AzerVoice

Yaponiyanın cənub-qərbində 5,2 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri Kaqosima prefekturasında yerləşib. Yeraltı təkanların ocağı isə 20 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib. Tsunami təhlükəsi elan olunmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice